“Sepah”ın Meybod şəhərindəki banilərindən olan Hac Həbib Bərzigəri koronavirusdan ölüb

“Sepah”ın Meybod şəhərindəki banilərindən olan Hac Həbib Bərzigəri koronavirusdan ölüb

GünazTV: “Sepah” terror təşkilatının İranın Meybod şəhərindəki banilərindən olan Hac Həbib Bərzigəri koronavirusdan ölüb.

 

“Sepah”a bağlı “Fars” agentliyinin yaydığı xəbərə əsasən, “Sepah”ın keçmiş komandanlarından olan Hac Həbib Bərzigəri martın 24-də Yəzd şəhərində  həkimlərin nəzarəti altında müalicə aldığı xəstəxanalardan birində keçinib. “Sepah”çının koronavirusa nə vaxt və necə yoluxduğu haqda hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 25-də mediaya açıqlamasında son bir sutka ərzində ölkədə  koronavirus qurbanlarının yeni statistikasını yayaraq deyib ki, martın24-dən 25-ə qədər ölkədə koronavirusa yoluxanların sayı 27017 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 2077 nəfərə yüksəlib.

 

 

İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr isə, virusdan ölənlərin və xəstəliyə yoluxanların sayının rəsmi tribunalardan elan edilən rəqəmlərdən ən azı 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN