“Sepah” komandiri: “Amerikanın regiondakı hərbi bazaları raketlərimizin hədəfindədir”

“Sepah” komandiri: “Amerikanın regiondakı hərbi bazaları raketlərimizin hədəfindədir”

GünazTV: “Sepah” baş komandanının ictimai-mədəni işlər üzrə müavini Hüseyn Nicat İyulun 9-da Təbriz Universitetində keçirilən bir tədbirdə çıxış edərək Amerika və bölgənin ərəb ölkələrinə qarşı təhdid dolu sərt bəyanatlar səsləndirib.

 

O deyib ki, Amerikanın bölgədəki hərbi gəmiləri və onun regional müttəfiqi olan bəzi ərəb ölkələri səhvə yol verdikləri təqdirdə İran raketlərinin dağıdıcı gücü ilə üz-üzə qalacaqlar: “Amerikanın regiondakı bütün hərbi bazaları islam respublikası raketlərinin hədəfindədir. Əgər Amerikanın hərbi gəmiləri bizə məxsus sularda hansısa bir səhv addım atsalar, bizim raketlər onları vurmağa qadirdir. Həmçinin əgər hansısa bir örəb ölkəsi səhvə yol verib onun ərazisindən kimsə bizə hücum etsə, bizim raketlər onların bütün hərbi bazalarını hədəfə alacaq.

 

Hesab edirik ki, Amerikanın ümumiyyətlə savaşmağa gücü yoxdur. Məhz bu səbəbə görə də, Amerikanın keçmiş prezidenti Barak Obama və bu ölkənin indiki prezidenti Donald Tramp İranla müharibəni heç vaxt gündəmə gətirməyiblər. Onlar öz planlarında sadəcə olaraq bir hədəfi izləyiblər. İrana qarşı maksimum təzyiq siyasətini davam etdirmək və İranı danışıqlar masası arxasına qayıtmağa məcbur etmək” –deyə “Sepah” komandiri Hüseyn Nicat əlavə edib.

 

Qeyd edək ki, son aylar İranla Amerika arasında yaşanan çaxnaşma və İranın region ölkələrinə qarşı təhdidləri şiddətlənib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN