Səudiyyə kralı İranın ərəb ölkələrinin daxili işlərinə qarışmasını kəskin pisləyib

Səudiyyə kralı İranın ərəb ölkələrinin daxili işlərinə qarışmasını kəskin pisləyib

GünAzTV: Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləziz, aprelin 15-də bu ölkənin Əl-Zəhran şəhərində keçirilən Ərəb Dövlətləri Liqasına üzv ölkə başçılarının 29-cu zirvə toplantısında çıxış edərək İranın regiondakı ərəb ölkələrinin daxili işlərinə qarışmasını kəskin pisləyib.

 

Səudiyyə kralının bu açıqlaması, İranın dini lideri, axund Əli Xamneyinin rəsmi Ər-Riyada qarşı təhqir dolu bəyanat səsləndirməsindən bir gün sonraya təsadüf edib. Aprelin 14-də ölkə rəsmiləri və bəzi xarici ölkələrin İrandakı səfirləri ilə görüşən Xamneyi, Səudiyyə Ərəbistanını Qərb ölkələrinin “sağmal inəyi” və onların muzdlusu adlandırarıb. O həmçinin deyib ki, hazırda İraq və Suriyada fəaliyyət göstərən “bəzi xəbis” qruplar, Səudiyyənin pulu ilə yaranaraq meydana çıxıb.

 

Ərəb Dövlətləri Liqasına üzv ölkə başçılarının zirvə toplantısının açılışında çıxış edən kral Salman Bin Əbdüləziz deyib ki, İranın region ölkələrində yürütdüyü siyasəti və əməlləri terrorçuluq mahiyyəti daşıyır: “Biz, bir daha İranın ərəb regionunda apardığı terrorçuluq fəaliyyətini kəskin pisləyir, rəsmi Tehranın bölgənin ərəb ölkələrinə qarşı rüsvayçı müdaxiləsini rədd edərək qınayırıq. Hesab edirik ki, dünya birliyi İranın region ölkələrinə qarşı bu rəftarı qarşısında güclü bir mövqedən çıxış etməli, onun qarşısını almalıdır”.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN