Şirazda Zərdüştilər Assosiasiyasının rəhbəri Əflatun Söhrabi koronavirusdan ölüb

Şirazda Zərdüştilər Assosiasiyasının rəhbəri Əflatun Söhrabi koronavirusdan ölüb

GünazTV: İranın Şiraz şəhərinin Zərdüştilər Assosiasiyasının rəhbəri Əflatun Söhrabi koronavirusdan ölüb.

 

İranın hökumət saytlarının yaydığı xəbərə əsasən, “Covid-19” infeksiyasına yoluxduğu üçün ötən günlər həkimlərin nəzarəti altında müalicə olunan Əflatun Söhrabi, martın 24-ü sübh saatlarında səhhətinin pisləşməsinin ardınca Şiraz xəstəxanalarından birində keçinib.

 

Şiraz zərdüştiləri rəhbərinin koronavirusa konkret nə vaxt və necə yoluxduğu barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 24-də mediaya açıqlamasında ölkədə koronavirus infeksiyasına yoluxanların yeni statistikasını yayıb.

 

Cahanpur deyib ki, ötən bir sutka ərzində daha 122 nəfərin koronavirusdan həyatını dəyişməsi ilə, ölkədə “Covid-19” infeksiyasından ölənlərin ümumi sayı 1934 nəfərə, xəstəliyə yoluxanların sayı isə 24811 nəfərə yüksəlib.

 

 

İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr isə virusdan ölənlərin və ona yoluxanların sayının rəsmi tribunalardan elan edilən rəqəmlərdən ən azı 5 dəfə çox olduğunu bildirirlər.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN