Stiven Mnuçin: “Swift” İran Mərkəzi Bankına xidmətini dayandıracaq”

2018-11-09 10:48

 GünAzTV: ABŞ maliyyə naziri Stiven Mnuçin noyabrın 8-də “Twitter” səhifəsində paylaşdığı bir postda, “Swift”in İran Mərkəzi Bankına və Amerikanın sanksiyalarına məruz qalmış İranın digər maliyyə müəssisələrinə xidmətini dayandırmasından xəbər verib.

 

O bildirib ki, İran banklarının “Swift” şəbəkəsi xidmətlərindən tamamilə məhrum ediləcəyindən tam əmindir: “Bilirəm ki, “Swift”, İran Mərkəzi Bankına və bu ölkənin barəsində sanksiya qoyyulmuş digər maliyyə qurumlarına xidmətini dayandıracaq. “Swift”, beynəlxalq maliyyə sisteminin bütövlüyünü qorumaq məqsədilə düzgün bir qərar verməkdədir”.

 

Xatırladaq ki, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti “Swift”, noyabrın 5-də bəyanat yayaraq, bir çox İran banklarına göstərdiyi xidməti dayandırdığını bildirib.

 

Dünyada pul köçümələri üzrə ən mühüm beynəlxalq şəbəkə sayılan “Swift”in bəyanatında bildirilir ki, bu qurum, beynəlxalq maliyyə sisteminin bütövlüyünü və onun sabitliyini qorumaq məqsədilə bir çox İran banklarının “Swift” sistemi imkanlarından yararlanmasının qarşısını almaq qərarına gəlib. Bəyanatda, “Swift” sisteminin xidmətlərindən məhrum edilən İran banklarının adları açıqlanmayıb.

 

 

Noyabrın 5-dən başlayaraq Amerikanın İrana qarşı sanksiyalarının, o cümlədən də İran neftinin satışına qadağaların icrasına başlanılıb.

 

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Aug.04.2020: “İranada hər yeddi dəqiqədə bir insan coronovirusdan ölür”

2020-08-04

gun az article

İranın Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 770 nəfərə çatıb

2020-08-04

gun az article

İranda 5 milyon şagird təhsildən kənar qalmaq təhlükəsi ilə üz-üzədir

2020-08-04

gun az article

İranda 6 milyard avrodan çox korrupsiyada ittiham edilən nazir damadı məhkəmədən qaçaraq gizlənib

2020-08-04

gun az article

İranda daha 212 nəfər “Covid-19”dan vəfat edib, 2751 yeni növ koronavirusa yoluxma halı aşkar edilib

2020-08-04

gun az article

Səid Nəməki: "Qəbul imtahanlarının vaxtı dəyişilməyəcək"

2020-08-04

gun az article

Məşhəddə uşaq xəstəxanasının 80 işçisi koronavirusa yoluxub

2020-08-04

gun az article

Mazandaran əyalətinə səfərə qadağa qoyulub

2020-08-04

gun az article

İranda il ərzində ailələrin 8.2 faizi ümumiyyətlə ət ala bilməyib

2020-08-04

gun az article

GünazTV Aug.03.2020: “Coronovirus dünya insanı ilə hələ bir neçə il qala bilər”

2020-08-03

gun az article

İranda daha 2598 koronavirusa yoluxub, 215 nəfər vəfat edib

2020-08-03

gun az article

Xomeyninin məqbərəsinin zirzəmisi muzeyə çevriləcək: 250 milyard tümən ayrılır

2020-08-03

gun az article

Pompeo: "İranla Çinin razılaşması Yaxın Şərqdə stabilliyin pozulması deməkdir"

2020-08-03

gun az article

Əli Mütəhhəri: “İranın Çin hökumətinin uyğur müsəlmanlarına qarşı repressiyalarına göz yumması islam respublikası üçün başıaşağılıq və biabırçılıqdır”

2020-08-02

gun az article

İranın Mərkəzi əyalətində koronavirusdan ölənlərin sayı 284 nəfərə yüksəlib

2020-08-02

gun az article

İranda daha 208 nəfər koronavirusdan ölüb, 2685 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-08-02

gun az article

İranda tanınmış kinorejissor koronovirusdan vəfat edib

2020-08-02

gun az article

İranın Minab şəhərinin imam-cüməsi koronavirusdan ölüb

2020-08-02

gun az article

GünazTV Aug.01.2020: İsrail İranın nüvə saytlarına ehtimali hücum üçün hazırlaşır

2020-08-01

gun az article

İranda koronavirusdan ölənlərin sayı 17 min nəfərə yaxınlaşdı

2020-08-01