Sülh üzrə Nobel mükafatı laureatı olmuş qadınlar birgə bəyanatla çıxış edərək İranda dinc etirazçılara qarşı repressiyaları pisləyiblər

Sülh üzrə Nobel mükafatı laureatı olmuş qadınlar birgə bəyanatla çıxış edərək İranda dinc etirazçılara qarşı repressiyaları pisləyiblər

GünazTV: Dünyada sülh üzrə Nobel mükafatı laureatı olmuş bir qrup tanınmış qadın noyabrın 26-da birgə bəyanat yayaraq, İranda dinc etirazçılara qarşı həyata keçirilən repressiyaları pisləyiblər.


Bəyanatı Şirin İbadi (İran), Leyma Qbovi (Liberiya), Təvəkkül Karman (Yəmən), Rigoberta Mençu (Qvatemala) və Codi Ulliams (ABŞ) imzalayıb.


Bəyanatda bildirilir ki, İran İslam Respublikası rejimi öz vətəndaşlarına qarşı həyata keçirdiyi repressiyaları dərhal dayandırmalıdır: “İran rejimi öz vətəndaşlarını kütləvi şəkildə həbs etmək, qətlə yetirmək və onlara senzura tətbiq etməklə boğmağa çalışır. Bu isə qəbuledilməzdir.


Biz, İranda söz və ifadə azadlığına, eləcə də internetə qoyulan məhudiyyətin aradan qaldırılmasını tələb edir, özbaşına həbslər və qətliamlarla nəticələnən dinc etirazçılara qarşı həyata keçirilən reprssiyaları pisləyirik.


Biz həmçinin, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını, Avropa İttifaqının İnsan Hüquqları üzrə Komitəsini və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq qurumları İran xalqı ilə həmrəylik nümayiş etdirməyə, İran rejiminin öz vətəndaşlarına qarşı zorakılığını pisləməyə, ölkədə senzuraya və azad informasiya mübadiləsinə qoyulan məhdudiyyətin ləğv olunması tələbi ilə çıxış etməyə çağırırıq” –deyə, bəyanatda bildirilir.


Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 251 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, ən azı 3 axund həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN