Suriyada yaraqlıların hücumu nəticəsində 23 hərbçi həlak olub

Suriyada yaraqlıların hücumu nəticəsində 23 hərbçi həlak olub

GünAz TV: Suriya rejimi ordusunun 23 hərbçisi 10-11 avqust tarixlərində yaraqlılar tərəfindən edilən hücum nəticəsində həlak olub, daha 7-si yaralanıb.

 

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, yaraqlılar avqustun 10-da Sukayk-Açan istiqamətində, İkko yaşayış məntəqəsi ərazisində, avqustun 11-də isə Murek-Açan və Kafer-Ayn — Kafer-Nbuda istiqmətlərində hökumət qoşunlarının mövqelərinə hücum ediblər.

 

Məlumata görə, yaraqlıların bütün hücumlarının qarşısı alınıb. Bu zaman 23 hərbçi ölüb, daha 7-si yaralanıb. Yaraqlılar ciddi itki veriblər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN