Tehranın Əmir Kəbir Universitetinin tələbələri etiraz aksiyası keçiriblər- FOTO

Tehranın Əmir Kəbir Universitetinin tələbələri etiraz aksiyası keçiriblər- FOTO

GünAz TV: Bu gün Tehranın Əmir Kəbir Universitetinin bir qrup tələbəsi universitetin inzibati binası önündə etiraz aksiyası keçirib.

 

Onlar əllərində fevralın 21-də keçiriləcək Milli Məclis və Ekspertlər Məclisinə aralıq seçkiləri ilə əlaqəli "xalq acdır, bunlar isə səs yığmaq haqqında düşünürlər" yazılmış bannerlər tutublar.

 

Tələbələr həmçinin Bəharə Hidayət, Nəsrin Sütudə, Nərgiz Məhəmmədi, Nida Naci və digər qadın fəalların azadlığa buraxılması üçün şüarlar səsləndiriblər.

 

 

Tələbərin əllərində 2019-cu ilin noyabr ayında keçirilmiş etirazlar zamanı 1500 insanın öldürülməsi və "Sepah" tərəfindən Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsinin vurulmasına qarşı şüarları ehtiva edən plakardlar da olub.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN