Tramp: “İranda problemlər çoxdur, mən isə bunun həlli üçün onlara yardım etmək istəyirəm”

Tramp: “İranda problemlər çoxdur, mən isə bunun həlli üçün onlara yardım etmək istəyirəm”

GünazTV: ABŞ prezidenti Donald Tramp iyunun 11-də jurnalistlərə açıqlamasında İrana qarşı tətbiq etdiyi sanksiyaların təsirindən və İranda iqtisadi problemlərin gündən-günə artmasından danışıb.

 

Tramp bildirib ki, onun hökumətinin islam respublikası ilə bağlı yürütdüyü siyasəti sayəsində bu günkü İran, artıq əvvəlki ölkə deyil: “Bizim tətbiq etdiyimiz sanksiyalar nəticəsində bu gün İranda iqtisadi baxımdan problemlər xeyli artıb. Ümid edirəm ki, İranla bağlı hər şey yaxşı irəliləyəcək. Mən prezident vəzifəsinə seçildikdən sonra İranda vəziyyət çox dəyişib. Bizdən əvvəl onlar (iranlılar) dünyanın hər yerində çaxnaşmalar yaradır, terrora əl atırdılar. Lakin indi artıq bu işləri etmirlər. Bundan başqa, həm də fikirləşirəm ki, onların Amerikaya olan ehtiramı yüksək səviyyədədir.

 

Bu gün, İran iqtisadi baxımdan çoxlu çətinliklərlə üz-üzə qalıb. Mən isə həmin problemlərin həlli üçün onlara yardım etmək istəyirəm. Vəziyyətin necə olacağını hamımız görəcəyik. İranda inflyasiya səviyyəsi yüksək həddə çatıb, pulları isə dəyərdən düşüb. Artıq bu pulla  çörək almaq belə mümkün deyil” –deyə Tramp əlavə edib.

 

ABŞ prezidenti öz açıqlamasında həmçinin Vaşinqtonun Tehranla danışıqlar aparılmasının tərəfdarı olduğunu bir daha təkrar edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN