Tramp: “Tezliklə İrana qarşı sanksiyaları əhəmiyyətli dərəcədə artıracağıq”

Tramp: “Tezliklə İrana qarşı sanksiyaları əhəmiyyətli dərəcədə artıracağıq”

GünazTV: ABŞ prezidenti Donald Tramp iyulun 10-da “Twitter” səhifəsində yazdığı bir statusda İranın gizli nüvə fəaliyyətindən və Vaşinqtonun bu ölkəyə qarşı sanksiyaları daha da gücləndiriləcəyindən danışıb.

 

Tramp bildirib ki, İran uzun bir müddət gizli şəkildə uranın zənginləşdirilməsi işi ilə məşğul olub və bu barədəki fəaliyyətini dünya birliyindən məxfi saxlayıb: “Bu isə keçmiş dövlət katibi Con Kerri və Obama administrasiyasının İranla bağladığı 150 milyard dollarlıq dəhşətli razılığın şərtlərinə ziddir. Unutmayın ki, o razılığın müddəti bir neçə ildə bitəcək və tezliklə bizim İrana qarşı sanksiyalarımız əhəmiyyətli dərəcədə artacaq” –deyə Donald Tramp əlavə edib.

 

Qeyd edək ki, son günlər İran rəsmiləri Avropa ölkələrini nüvə sazişi ilə bağlı üzərlərinə götürdükləri öhdəliklərə və İrana verdikləri iqtisadi vədlərə əməl etməməkdə günahlandıraraq, sazişlə bağlı öhdəliklərini azaltmağa, uranı isə təyin edilmiş miqdardan daha yüksək dərəcədə zənginləşdirməyə başladıqlarını bildiriblər.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN