Türk diplomatlar Almaniyadan sığınacaq istədilər

Türk diplomatlar Almaniyadan sığınacaq istədilər

GünAz TV: Ötən gün ən azı üç nəfər türk diplomatının Almaniyadan sığınacaq istədikləri barədə məlumat yayılıb.

 

Alman mətbuatında yayılan ingormasiyada bildirilir ki, üç diplomat rəsmi Berlindən sığınacaq istəyib.

 

Qeyd edilir ki, qiyam cəhdi uğursuzluğa uğradıqdan sonra Türkiyə Xarici İşlər Nazirliyi (XİN) idarənin bir sıra vətəndaşlarını, o cümlədən əvvəllər Almaniyada işləmiş səkkiz nəfər diplomatik toxunulmazlıqdan məhrum edib. Onların arasında Berlindəki səfirliyin keçmiş hərbi attaşesi Ayxan Dağlı da var. O, iyulun 15-dən etibarən xanımı ilə birlikdə itkin düşüb.

 

AFR rəhbərliyindəki mənbələrin verdiyi məlumata görə, Dağlı da Almaniyadan sığınacaq istəyənlər arasındadır.

N.S

Açar Sözlər

Dünya və İran

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN