Türk ordusu Suriyada itki verdi

Türk ordusu Suriyada itki verdi

GünAz TV: Türkiyənin Suriya ərazisində həyata keçirdiyi "Fərat Qalxanı" əməliyyatından acı xəbər gəldi.

 

Suriya ordusu türk əsgərinə qarşı hava hücumu təşkil edib. Nəticədə 3 türk əsgəri şəhid olub, 13 nəfər də yaralanıb. Bəzi mənbələr isə 7 nəfərin yaralandığını bildirir.

 

Əl-Bab əməliyyatı zamanı hücuma məruz qalan türk ordusu tələfat verib. Yaralanan hərbçilər helikopter və təcili tibbi yardım maşınları ilə Kilis və Gaziantepdəki xəstəxanalara çatdırılıb.

 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 93 gündür Suriya ərazisində “Fırat kalkanı” adı altında antiterror əməliyyatı keçirir.

 

N.S 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN