Türkiyə İrandan neft idxalını rəsmən dayandırdığını bildirib

Türkiyə İrandan neft idxalını rəsmən dayandırdığını bildirib

GünazTV: “Türkiyə İrandan neft idxalını rəsmən dayandırıb”. Bu barədə Türkiyənin Tehrandakı səfirliyi iyulun 10-da bəyanat yayıb.

 

Bəyanatda bildirilir ki, Türkiyənin bütün neftayırma zavodları Amerikanın İran neftinin satışına qoyduğu qadağalara riayət edərək bu ölkədən xam neftin idxalını tamamilə dayandırıblar. Bununla da, Türkiyə hökuməti ilk dəfə olaraq, rəsmən İran neftini almaqdan imtina etdiyini elan edib.

 

Qeyd edək ki, Amerikanın İran neftinin satışına sanksiya tətbiq etməsindən sonra, Türkiyə alternativ variant tapana qədər müvəqqəti olaraq İrandan neft idxal edən 8 istisna ölkəsindən biri sayılırdı.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN