Türkiyə təyyarəsi Qırğızıstanda qəzaya uğrayıb - Çox sayda ölən və yaralı var - VİDEO

Türkiyə təyyarəsi Qırğızıstanda qəzaya uğrayıb -  Çox sayda ölən və yaralı var - VİDEO

GünAz TV: Honq- Konq- Bişkek uçuşunu həyata keçirən Boeng 747 tipi ACT Havayollarına aid Türk karqo təyyarəsi qəzaya uğrayıb. 

 

Honq Konqdan havaya qalxan təyyarə şiddətli duman altında Qırğızıstanın paytaxtı Bişkekdəki Manas hava limanına enməyə hazırlanarkən qəza baş verib. Manas Hava limanına yaxınlaşarkən təyyarənin radarla əlaqəsi itib.

 

Son məlumata görə, qəza nəticəsində 42 nəfər həlak olub, 15 nəfər müxtəlif dərəcədə xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Həlak olanların 37-si təyyarənin düşdüyü qəsəbənin sakinləridir. Qırğızıstanın Baş naziri Sooronbay Jeenbekov hadisə yerində olub, evlərini itirən sakinlərin müvəqqəti yerləşdirilməsi və onlara yeni evlərin tikilməsi ilə bağlı göstəriş verib.

 

Qırğısıtanın baş nazirinin müavini təyyarənin yerli saatla 7.30 radələrində Bişkek yaxınlığında bir kəndə düşdüyünü bildirib.

 

Reuters xəbər agentliyi təyyarənin ən az 15 evə zərər vurduğunu açıqlayıb. Təyyarənin geniş bir əraziyə  yayılan qalıqlarında axtarış və xilasetmə işləri davam etdirilir.

 

Qəza nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Qırğızıstan Prezidenti Almazbek Atambayev yanvarın 17-ni ölkədə matəm günü elan edib.

 

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN