Türkiyədə növbəti partlayış: 2 ölü, çox sayda yaralı var - VİDEO

Türkiyədə növbəti partlayış: 2 ölü, çox sayda yaralı var - VİDEO

GünAz TV: Bu gün səhər saatlarında Adana valiliyinin qarşısındakı avtodayanacaqda partlayış törədilib.

 

Məlumatlara görə, partlayış valinin binanı tərk etməsindən 5 dəqiqə sonra baş verib. Rəsmilər hücumu terror aktı kimi dəyərləndiriblər. İlkin ehtimallarda partlayışa görə PKK terror təşkilatının məsuliyyət daşıdığı bildirilib.

 

Adana valisi Mahmut Demirtaş partlayışla bağlı açıqlama verib. O, bildirib ki, partlayışda 2 nəfər ölüb, 17 nəfər yaralanıb.

 

Hücuma görə məuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

 

VİDEO:

https://www.youtube.com/watch?time_continue=3&v=U3eVwso8Akk

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN