Türkiyənin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

2017-02-21 08:29

GünAzTV: Türkiyənin Tehrandakı səfiri Rza Hakan Tekin fevralın 20-də İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

 

İran xarici işlər nazirinin Asiya və Sakit Okean üzrə müavini İbrahim Rəhimpur tərəfindən nazirliyə çağırılan Türkiyə səfirinə, bu ölkə rəsmilərinin son günlər İranın bölgədəki rolu ilə bağlı səsləndirdiyi bəyanatlarına etiraz bildirilib. Türkiyə səfiri, İranın məsələ ilə bağlı etirazını rəsmi Ankaraya çatdıracağına söz verib.

 

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 13-də körfəz ölkələrinə, o cümlədən də  Bəhreynə səfərində etdiyi çıxışında İranın İraqda və Suriyada fars millətçiliyini yaymağa cəhdindən danışıb: “Biz Suriyanın və İraqın parçalanmasını istəmirik. Lakin bilin ki, həm Suriyanı, həm İraqı parçalanmaq istəyən qüvvələr var. Həmin qüvvələr, İraqda məzhəb savaşı ilə yanaşı etnik savaşını da qızışdırırlar. Onlar həmin ölkədə fars millətçiliyinə rəvac verərək bununla da İraqı parçalamaq istəyirlər. Bunun isə qarşısı alınmalıdır”.

 

Fevralın 19-da Almaniyanın Münhen şəhərində keçirilən 53-cü Təhlükəsizlik Konfransında çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranı bölgədə şiəçiliyi və dini sektaçılığı yaymaqda günahlandırıb: “Təəssüflər olsun ki, İranın bölgədə yürütdüyü siyasət, körfəz ətrafında olan bir çox region ölkələrinin, o cümlədən də Səudiyyə Ərəbistanı ilə Bəhreynin sabitliyini pozur. İran, İraqı və Suriyanı iki şiə ölkəsinə çevirməyə çalışır. Bu isə çox təhlükəlidir. Elə buna görə də hesab edirəm ki, biz regionda sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması üçün İranı bu ambissiyalarından əl çəkməyə təşviq etməliyik”.

 

İran Xarici şlər Nazirliyinin sözçüsü Bəhram Qasimi, fevralın 19-da jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Münhen iclasındakı çıxışında İranla bağlı səsləndirdiyi həmin bəyanatına reaksiya verib.

 

O bildirib ki, Çavuşoğlunun səsləndirdiyi fikirlər  “qeyri-konstruktiv”dir: “İmperatorluğa qayıtmaq xülyasında yaşayanlar, öz qanunsuz müdaxiləçi tədbirləri ilə terrorçu qruplara dəstk verməklə bölgədə qan axıdılmasına, sabitliyin pozulmasına və çaxnaşmanın artmasına səbəb olanlar, qabaqdan gəlmişlik edərək etdikləri bu əməllərin məsuliyyətindən boyun qaçıra bilməzlər. Onlar bilməlidir ki, bölgədə təhlükəsizliyin və sabitliyin pozulmasında əsas günahkar, onların özü və bəzi sərsəm ölkələrdir. Elə buna görə də, onlar başqalarına damğa vurmaqla özlərinin yaratdığı bu burulğandan qurtara bilməyəcəklər”.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Zərif sabiq amerikalı diplomatla görüşüb

2020-06-06

gun az article

Amerika İrana qarşı silah embarqosunun uzadılması ilə bağlı qətnamə layihəsini Rusiyaya təqdim edib

2020-06-06

gun az article

İranda son 24 saat ərzində 75 nəfər koronavirusdan dünyasını dəyişib

2020-06-06

gun az article

Rəsmi Paris İrandan Fəriba Adilxahı azad etməyi tələb edib

2020-06-06

gun az article

GünazTV June.05.2020: İran İslam respublikası 2018-ci ildən həbsdə saxladığı Amerika ordusunun üzvü olan Michael Whiteni azad edib

2020-06-05

gun az article

GünazTV June.05.2020: Hong Kong üzərində Çin və ABŞ arasında gərginlik artmaqdadır

2020-06-05

gun az article

İraqın Baş nazirindən "Qüds Briqadası"nın komandanı İsmayıl Qaaniyə: "Ölkəmizə daxil olarkən viza al"

2020-06-05

gun az article

İran polisi əfqan və pakistanlı mühacirlərin maşınını atəşə tutub: 3 nəfər diri-diri yanaraq ölüb

2020-06-05

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2886 nəfər xəstəliyə yoluxub

2020-06-05

gun az article

İranın İlam əyalətində koronavirusa yoluxanların sayı 1135 nəfərə çatıb

2020-06-05

gun az article

İlam əyalətinin Ərkvaz şəhərində 3.3 bal gücündə zəlzələ olub

2020-06-05

gun az article

Əhvazda 52 yanğınsöndürən koronavirusa yoluxub

2020-06-05

gun az article

İsrail qırıclarının “Hemah”da endirdiyi hava zərbələri nəticəsində Suriya və İranın 9 muzdlu hərbçisi öldürülüb

2020-06-05

gun az article

İranın ticarət gəmisi İraq sahillərində batıb

2020-06-05

gun az article

İranda həbs olunmuş sabiq amerikalı hərbçi ölkəsinə qaytarılıb

2020-06-05

gun az article

GünazTV June.04.2020: “Floyd cinayətində üç polis barəsindı həbs qərarı verildi”

2020-06-04

gun az article

GünazTV June.04.2020: İranla Türkiyə arasındakı Gürbulağ sərhədi yenidən açılır

2020-06-04

gun az article

Ərdəkan şəhəri yaxınlığında 3.5 bal gücündə zəlzələ baş verib

2020-06-04

gun az article

İran rəsmisi: “Hormozqan əyalətində koronavirusa yoluxanlardan 25%-i evdar qadınlardır”

2020-06-04

gun az article

İranda daha 59 nəfər koronavirusdan ölüb, 3574 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-06-04