Xamneyinin müşaviri: “Bölgənin 4 ölkəsi parçalana bilər”

Xamneyinin müşaviri: “Bölgənin 4 ölkəsi parçalana bilər”

GünAzTV: İranın dini liderinin hərbi məsələlər üzrə baş müşaviri Yəhya Rəhim Səfəvi oktyabrın 17-də jurnalistlərə açıqlamasında regionda baş verən olaylardan və bölgənin 4 ölkəsinin parçalanmaq ehtimalından danışıb.

 

Amerikanın 2001-ci ildə Əfqanıstana, 2003-cü ildə isə İraqa hərbi hücumuna toxunan Yəhya Rəhim Səfəvi deyib ki, bu hücumların nəticəsi sonunda İran İslam Respublikasının xeyrinə olub: “Bu, siyasi baxımdan İranın xeyrinə oldu. Çünki ölknin şərqində və qərbində olan iki düşmənimiz məhv edildi və bununla da İranın bölgədəki siyasi çəkisi artdı”.

 

Rəhim Səfəvi bildirib ki, Qərb, o cümlədən də Amerika regionun bir sıra ölkələrini, o cümlədən də İraqı, Suriyanı, Liviyanı və Yəməni parçalamaq niyyətindədir: “Regionda cərəyan edən olayları nəzərə alaraq demək olar ki, bu dörd ölkənin parçalanmaq ehtimaslı var. Bu parçalanma prosesi uzunmüddətdə Səudiyyə Ərəbistanına da şamil edilə bilər. Ölkələri isə parçalamaqda məqsəd, onları kiçik siyasi vahidlərə bölmək və özünün siyasi müstəqilliyini qoruya bilməyən həmin kiçik vahidlərə amerikalıların hegemonluğunu hakim etməkdir.

 

Beləliklə də İraq, şimal- cənub məntəqələrinə və hətta üç hissəyə bölünə bilər. Onların Suriyanın şimalında, Fürat məntəqəsində, İraq Kürdüstanı ilə birlikdə yeni bir qurum yarada bilməsi ehtimalı da var. Yəmənin Şimali və Cənubi Yəmənə, Liviyanın isə iki hissəyə bölünməsi ehtimalı var. Onlar (Amerika) isə bölgədə yürütdükləri siyasi və hərbi hərəkətlərinin arxasında bu hədəflərini həyata keçirməyə alışırlar”.

A.M

Açar Sözlər

Dünya və İran

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN