Xamneyinin nümayəndəsi Həsən Ruhanini saxta ruhani adlandırıb- FOTO

Xamneyinin nümayəndəsi Həsən Ruhanini saxta ruhani adlandırıb- FOTO

GünAz TV: İran prezidenti Həsən Ruhaninin iştirakı ilə keçirilmiş tədbirlərin birində qadınların geyimi son dövrlər ölkənin mühafizəkar kəsimi tərəfindən əsas müzakirə və tənqid obyektinə çevrilib.

 

Bu dəfə “dini lider” Əli Xamneyinin “Sepah” terror təşkilatının “Qüds Briqadası”ndakı nümayəndəsi Əli Şirazi Kirmanda keçirilən dini mərasimlərdən birində Həsən Ruhanini saxta ruhanilikdə ittiham edib.

 

“Prezidentin dəvət olunduğu məclisdə bir neçə qadın çadrasın başından açsa, problem yoxdur, çünki onlar azaddırlar”- deyə Şirazi kinayə ilə əlavə edib.

 

Sözügedən tədbirdən çəkilmiş foto

 

O, prezidenti saxta ruhanilikdə ittiham edib və bildirib ki, onlar üçün “islami qaydalar” mühüm deyil, bu adamlara bir qrupun xoşuna gəlib, seçkidə səs toplamaq daha vacibdir.

 

Xatırladaq ki, avqustun 26-da Həsən Ruhaninin iştirakı ilə hökumətin kəndlərdə infrastrukturun inkişafı istiqamətində gördüyü işlərə həsr olunmuş tədbirdə çəkilmiş şəkillər mühafizəkarların tənqidlərinə tuş gəlib.

 

Axund Nasir Məkarim Şirazi Həsən Ruhaninin iqtisadi məsələlər üzrə müavini Məhəmməd Nəhavəndiyanla görüşündə mərasimdə qadınların “narahatlığa yol açan” geyimindən şikayətlənmişdi.

 

 

İran Prezident Aparatının ictimaiyyətlə əlaqələr şöbəsi isə mühafizəkarların tənqidlərinə bu cür münasibət bildirib: “Bu geyimlərin kənd əhalisinin ənənəvi geyim forması olmasına baxmayaraq, məsələ ilə bağlı araşdırmalar aparılacaq və qaydaları pozanlar cəzalandırılacaq.”

 

Qeyd etmək lazımdır ki, İran rejimi qadınların geyim azadlığına hər zaman müdaxilə edir. Ölkə qadınları məcburi hicaba etiraz etsələr də, rejim hər bir vəhclə bu zorakı qaydanı onlara qarşı tətbiq edir. Hətta rejimə sadiq qüvvələr dəfələrlə ölkənin müxtəlif bölgələrində məcburi hicaba qarşı çıxan qadınların üzünə əsid səpiblər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN