Zərif: “Əgər İranın nüvə dosyesi BMT Təhlükəsizlik Şurasına göndərilsə, biz NPT-dən çıxacağıq”

Zərif: “Əgər İranın nüvə dosyesi BMT Təhlükəsizlik Şurasına göndərilsə, biz NPT-dən çıxacağıq”

GünazTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif yanvarn 19-da jurnalistlərə açıqlamasında Qərb ölklərini NPT-dən (Nüvə Silahının Yayılmaması haqqında Saziş-dən) çıxacaqları ilə təhdid edib.

 

Öz açıqlamasında Avropa ölkələrini İranla “siyasi oyun oynamqda” günahlandıran və onların nüvə sazişi (“Bərcam”) haqqındakı bəyanatlarının qanuni əsaslara söykənmədiyini bildirən Zərif deyib ki, islam respublikası lazım bildiyi təqdirdə özünün çeşidli imkanlarından istifadə edəcək: “Əgər İranın nüvə dosyesi BMT Təhlükəsizlik Şurasına göndərilsə, biz, NPT-dən çıxacağıq. Lakin əgər avropalılar nüvə saii ilə bağlı öz üzərlərinə götürdükləri öhdəliklərə əməl etsələr, biz də razılaşma ilə əlaqədar üzərimizə götürdüyümüz öhdəlikləri azaltmaq istiqamətində atdığımız addımları dayandıracağıq” –deyə, İranın Xarici İşlər Naziri Məhəmmədcavad Zərif əlavə edib.

 

Xatırladaq ki, nüvə razılaşmasını imzalayan 3 Avropa ölkəsi- Almaniya, Fransa və Britaniya yanvarın 13-də birgə bəyanat yayaraq, İranla ixtilafların həlli istiqamətində Tehrana qarşı “tətik mexanizmi”ni işə salacaqlarını bəyan ediblər.

 

2015-ci ildə imzalanmış nüvə razılaşmasının 37-ci maddəsinə əsasən, “tətik mexanizmi” də adlandırılan ixtilafların həll edilməsi mexanizmi tərəflər arasında yaranmış fikir ayrılıqlarını araşdırır. Əgər meydana gəlmiş ixtilaflar həll edilməzsə, bu, sonda razılaşmadan öncə İrana qarşı qəbul edilmiş beynəlxalq sanksiyaların yenidən qüvvəyə minməsi ilə nəticələnəcək.

 

Qeyd edək ki, rəsmi Tehran yanvarın 5-də nüvə razılaşmasında üzərinə götürdüyü öhdəlikləri azaltmaq istiqamətində sonuncu, yəni 5-ci addımı atdığını bəyan etmişdi.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN