Zərif regional və beynəlxalq məsələləri müzakirə etmək üçün Rusiyaya səfərə gedib

Zərif regional və beynəlxalq məsələləri müzakirə etmək üçün Rusiyaya səfərə gedib

GünAz TV: İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif sentyabrın 1-i, axşam saatlarında Rusiyaya rəsmi səfərə gedib.

 

O, Moskvada, hava limanında jurnalistlərə verdiyi açıqlamada Rusiya rəsmiləri ilə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacağını deyib.

 

Zərif İran nümayəndə heyətinin Rusiyaya səfərini “iki ölkə arasındakı münasibətlərin strateji olduğunun göstəricisi” adlandırıb və bildirib ki, aparılan siyasətlər nəticəsində rəsmi Moskva və Tehran arasındakı münasibətlərdə yeni səhifə açılıb.

 

Zərifin Rusiya səfəri Fransanın Vaşinqtonla Tehran arasında yaşanan gərginlikləri azaltmağa çalışdığı bir vaxta təsadüf edir.

 

Digər tərəfdən, Zərifin bu yaxınlarda Rusiya, Türkiyə və İranın Qazaxıstanın paytaxtı Nursultanda keçirilməsi planlaşdrılan üçtərəfli görüş astanasında baş tutması diqqət çəkir.

 

İranın xarici siyasət idarəsinin rəhbəri səfəri çərçivəsində rusiyalı rəsmilərlə Suriya, Yəmən və Əfqanıstandakı vəziyyət, eləcə də İsraillə Hizbullah arasında yaşanan son toqquşmalarla bağlı müzakirələr aparacağını deyib.  

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Zəriflə görüş zamanı aparılacaq müzakirələr arasında Hizbullah və İsrail məsələsinin adını çəkməyib. O, Əfqanıstan, Suriya və Yəmən münaqişələrdən başqa, tərəflərin iqtisadi və ticari əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparacağını deyib. 

 

Qeyd etmək lazımdır ki, İranla Rusiya arasında İsrail mövzusunda fikir ayrılığı mövcuddur. İsrailin son iki il ərzində Suriyada “Sepah” terror təşkilatına qarşı həyata keçirdiyi hücumlar zamanı rəsmi Moskvanın sakit qalması İranın narazılığına səbəb olub.

 

Hətta narazılıqlar o yerə çatmışdı ki, cari ilin yanvar ayının 24-də İran Milli Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Hişmətullah Fəllahətpişə Rusiyanı İsrail ilə uzlaşmaqda ittiham etmişdi. O, rəsmi Moskvanı Tel-Əvivlə hansısa razılaşma əldə etməkdə ittiham edərək, İsrail Suriyada “Sepah”a qarşı hava hücumları həyata keçirən zaman Rusiyanın bu ölkədə yerləşdirdiyi S-300 hava hücumundan müdafiə sistemlərini söndürdüyünü demişdi.

 

Hişmətullah Fəllahətpişə

 

Rəsmi Moskvanın buna cavabı gecikməmişdi. Belə ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov yanvarın 25-də CNN-ə verdiyi müsahibədə İranın Suriyada ölkəsinin müttəfiqi olmadığını, İsrailin təhlükəsizliyinin Moskva üçün əsas prioritetlərdən olduğunu və Tehranın da bunu yaxşı bildiyini demişdi.

 

Sergey Ryabkov Zərif ilə görüşdə

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN