Zolnur: “Avropalılar 3 mərhələdə maliyyə kanalına 15 milyard dollar yatırmağı qəbul ediblər”

Zolnur: “Avropalılar 3 mərhələdə maliyyə kanalına 15 milyard dollar yatırmağı qəbul ediblər”

GünAz TV: İran Milli Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctəba Zolnur Avropanın “İnstex” adlanan xüsusi maliyyə kanalına 15 milyard dollar yatırmaqla bağlı şərti qəbul etdiyini iddia edib.

 

O bildirib ki, İranın neft satmasına şərait yaranması üçün avropalılar ilkin ödəniş kimi 3 mərhələdə, hər dəfə 5 milyard dollar olmaqla, maliyyə kanalının hesabına 15 milyard dollar yatırmağı qəbul edib. Lakin o, bunu ölkəsi üçün məqbul hesab etmədiyini deyib.

 

“Bu, bizim üçün qəbuledilməzdir. Biz avropalılarla neft satışı üçün lazımı bütün şəraitin yaradılması istiqamətində müzakirələr aparmışdı. Bu təklifi qəbul etsək, demək ki, bu məbləğlə kifayətlənmiş hesab olunacağıq”- deyə Müctəba Zolnur əlavə edib.

 

Komissiya sədri məsələ ilə bağlı daha geniş açıqlama verməyib. Hələlik Avropa tərəfi də onun iddialarına münasibət bildirməyib.

 

Qeyd etmək lazımdır ki, nüvə razılaşmasının qorunub saxlanması üçün İrana 15 milyard dollarlıq kredit xəttinin ayrılmasını Fransa prezidenti Emmanuel Makron təklif etmişdi. Əgər bu təklif həyata keçirilsə, rəsmi Tehran bu pulun qarşılığında Avropaya neft verməli olacaq. Lakin təklifin reallaşması üçün Amerikanın razılığı və İran neftinin müştərilərinə verdiyi istisna hüququnu uzatması tələb olunur.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN