“Amerikanın səsi”: Con Makkeyn Rusiyanı kimyəvi silahlardan istifadə edən Suriya ilə əməkdaşlıqda günahlandırıb

“Amerikanın səsi”: Con Makkeyn Rusiyanı kimyəvi silahlardan istifadə edən Suriya ilə əməkdaşlıqda günahlandırıb

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) senatoru Con Makkeyn Rusiyanı uşaqlar da olmaqla, 80-dən çox insanın ölümünə səbəb olan kimyəvi silahlardan istifadə edən Suriya ilə əməkdaşlıqda günahlandırıb.

 

Respublikaçı senator Belqradda təşkil edilən mətbuat konfransında deyib ki, Rusiya eyni bazadan istifadə edildiyi üçün kimyəvi silahlar haqda məlumata malik olub.

 

Con Makkeyn “Ümid edirəm ki, Rusiyanın əməkdaşlığı ilə Suriyanın əl atdığı bu ölçü bir daha təkrarlanmayacaq” -deyə, Con Makkeyn bildirib.

 

Senator deyib ki, ABŞ prezident Bəşar Əl-Əsədin gələcəkdə belə hücumlara yol verməməsi üçün Suriyanın hava qüvvələrini dayandırmalıdır.

 

Con Makkeyn bildirib ki, Amerika Birləşmiş Ştatları Rusiyaya bu kimi müharibə cinayətlərinin qəbuledilməz olduğunu deməlidir.

(Amerikanın səsi)

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN