BBC: Çin hərbi büdcəni artırır

BBC: Çin hərbi büdcəni artırır

GünAz TV: Çin bu il hərbi xərclərini təxminən 7 faiz artıracağını bəyan edib.

 

Bu, Donald Trump-ın Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə büdcəsini artırmaq barədə xəbərindən bir neçə gündən sonra baş verir.

 

BBC-nin yaydığı məlumata görə, elan Pekində Milli Xalq Konqresinin ənənəvi iclası ərəfəsində verilib.

 

Çin, son illərdə iqtisadiyyatının genişlənməsilə əlaqədar silahlı qüvvələrini sürətlə müasirləşdirirr.

 

Hərçənd ölkənin müdafiə büdcəsi ABŞ-la müqayisədə hələ də xeyli azdır.

 

Hökümətin sözçüsü Fu Ying bildirib ki, Çinin hərbi hədəfi sırf müdafiə təyinatlıdır və Asiyada sabitliyə yönəlib.

 

"Biz sülh yolu ilə həll üçün dialoq tərəfdarıyıq, eyni zamanda, bizim öz suverenliyimizi və maraqlarımızı müdafiə etmək qabiliyyətinə ehtiyacımız var," - deyə o bildirib.

 

Bu həftənin əvvəlində ABŞ prezidenti Donald Trump 2018-ci il üçün təklif etdiyi büdcə planında müdafiə xərclərini 10 faiz artırmağa çalışacağını açıqlayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN