BBC: Litva Rusiyanın NATO üzərinə hərəkətə keçməsi haqda xəbərdarlıq edir

BBC: Litva Rusiyanın NATO üzərinə hərəkətə keçməsi haqda xəbərdarlıq edir

GünAz TV: Litva (Litvani) xəbərdarlıq edib ki, Donald Tramp Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti olmasından bir neçə həftə əvvəl Rusiya prezidenti Vladimir Putin NATO-nu sınaqdan keçirə bilər.

 

Xarici İşlər naziri Linas Linkevicius deyib ki, o Baltikyanı dövlətlər və Suriyanın Hələb şəhəri üçün "çox qorxur".

 

Vaxtilə Sovetlər Birliyinin tərkibində olan Litva indi həm NATO, həm də Avropa İttifaqı üzvüdür. Ölkənin Rusiya ilə birbaşa quru sərhəddi var.

 

Burda əsas narahatlıq ondan ibarətdir ki, ABŞ Rusiyanı potensial tərəfdaş kimi görmək istəyir və rəsmi Moskvanın hərbi təhlükəsi ilə bağlı Qərbi Avropanın baxışlarını bölüşməyə həvəsli deyil.

 

Litva xarici işlər naziri BBC-yə müsahibəsində deyib: "Rusiya super güc deyil, o super problemdir."

 

Rusiya isə təkid edir ki, bu, təhlükə deyil və NATO-nu qərbdə, Rusiya sərhədlərinə hərbi qüvvələri yeridərək regional təzyiq yaratmaqda məsul olduğunu iddia edir.

 

Cənab Linkevicius deyib ki, seçilmiş prezident Donald Trump-ın yanvarda baş tutacaq andiçmə mərasiminə qədər olan zaman kəsiyini cənab Putin tərəfindən Qərb alyansının diplomatik qətiyyətini və hərbi hazırlıq səviyyəsini yoxlamaq üçün bir şans kimi görmə təhlükəsi var.

"Yeni rəhbərlik yanvarın ikinci yarısına qədər hakimiyyətə gəlmir", o deyib. "Mən bu zaman kəsiyinə yalnız onların bizə yaxın olduğuna görə qorxu və ya narahatlıq keçirmirəm, həm də ümid edirəm ki, o vaxta qədər Hələb şəhəri yer üzündən silinməyəcək."

 

Litva rəsmi Moskvanın Kalininqraddakı hərbi bazasını yenidən təchiz etməsini və gücləndirməsini həyəcan siqnalı kimi qeyd edir.

 

25 il bundan əvvəl, Vilnusda baş qaldıran sülh mitinqini dağıtmaq üçün Moskva ora öz tanklarını yeritmişdi.

 

Avropada isə söhbətlər gedir ki, Donald Trump kontingentin siyasəti ilə bağlı "təlim" edilməyə ehtiyacı var. Lakin Litva rəsmiləri daha nəzakətli davranıb və bildiriblər ki, onlar cənab Trump-ın tezliklə oz administrasiyasını yaradacağına və Rusiyanı potensial tərəfdaşdan daha çox təhlükə olması fikirlərini bölüşəcəyinə ümid edirlər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN