Hürriyyət: “Traxtur” komandası dünyada ən çox türk tərəfdarı olan komandadır”

Hürriyyət: “Traxtur” komandası dünyada ən çox türk tərəfdarı olan komandadır”

GünAz TV: Türkiyənin “Hürriyyət” qəzeti öz saytında Güney Azərbaycanın məşhur “Traxtur” futbol komandası haqqında məlumat yayıb.

 

“Dünyada ən çox türk tərəfdarı olan futbol komandası” başlıqlı yazıda bildirilir ki, “dünya üzrə ən çox türk tərəfdarı olan komanda nə “Fənərbaxçə”, nə də “Qalatasaray”dır. Bu, İranda türklərin futbol komandası kimi tanınan, rəsmi adla desək Təbrizin “Traktorqayırma” takımıdır. Əsasən qırmızı və ağ rəngləri ilə tanınan komandanın 30 milyon tərəfdarı var və görüşlərini 80 min tamaşaçı ilə keçirir.”

 

Klubun Təbrizdə təsis edildiyi qeyd edən “Hürriyyət” əlavə edib ki, “bu komanda Türkiyədə bir o qədər də tanınmır, lakin dünya üzrə 30 milyondan çox türk tərəfdarı var.”

 

Qəzet yazıya bu cümlələrlə son qoyub: “Bu komanda İranın “Barselona”sı kimi tanınır. Onun tərəfdarları, üzərində “Güney Azərbaycan İran deyil” cümləsi yazılmış plakat qaldırır, onların  İspaniyanın “Barselona” komandasının kataloniyalı tərəfdarlarına oxşar mövqeləri var və Güney Azərbaycanın müstəqil olmasını istəyirlər.”

 

Qeyd edək ki, “Hürriyyət”in rəsmi adla təqdim etdiyi komanda əhali arasında Azərbaycanın “Traxtur” komandası kimi tanınır.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN