İnterfaks: Rusiyanın iqtisadi inkişaf nazir saxlanılıb

İnterfaks: Rusiyanın iqtisadi inkişaf nazir saxlanılıb

GünAz TV: Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev barəsində cinayət işi açılıb.

 

Bu barədə "İnterfaks" agentlyi İstintaq Komitəsinin rəsmi saytına istinadən yazıb.

 

A.Ulyukayev rüşvətxorluqda ittiham edilərək saxlanılıb və onun haqqında müvəqqəti həbs qərarı verilib.

 

Məlumatda bildirilir ki, iqtisadi inkişaf naziri A.Ulyukayev "Başneft"in səhmlərini alması üçün "Rosneft" şirkətindən 2 milyon dollar rüşvət alıb.

 

Nazirin artıq həbs edilərək İstintaq Komitəsinə gətirildiyi bildirilir. Onun ifadəsi alındıqdan sonra müvəqqəti saxlama təcridxanasına yerləşdiriləcəyi deyilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN