Reuters: Səudiyyə Ərəbistanında 15 nəfər İrana casusluğa görə ölüm cəzasına məhkum edilib

Reuters: Səudiyyə Ərəbistanında 15 nəfər İrana casusluğa görə ölüm cəzasına məhkum edilib

GünAz TV: Dekabrın 6-da Səudiyyə Ərəbistanı məhkəməsi İran xeyirinə casusluqla məşqul olduqları iddia edilən 32 nəfərdən 15-nə ölüm hökmü oxuyub. Qalan 17 müttəhimdən 15-i 6 aydan 25 ilə azadlıqdan məhrum edilib, 2-i isə məhkəmədə bəraət qazanıb.

 

Bu barədə Reuters agentliyi və al-Arabiya televiziya kanalı məlumat yayıb.

 

2013-cü ildə həbs edilmiş 32 nəfərdən 30-u yerli şiələrdir. Daha bir nəfər iranlı və digəri isə əfqanıstanlıdır.

 

Onlar Səudiyyə Ərəbistanının hərbi qüvvələri və milli təhlükəsizliyi barədə ciddi və həssas məlumatları İranın kəşfiyyat xidmətlərinə ötürməkdə günahlandırılırlar.

 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı 2016-cı ilin yanvar ayında şiə lider Nimr əl-Nimrin də aralarında olduğu 47 nəfəri terrorda ittiham edərək edam etmişdi.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN