“RİA Novosti”: Tramp İranla nüvə sazişinə yenidən baxacaq

“RİA Novosti”: Tramp İranla nüvə sazişinə yenidən baxacaq

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı sazişə dəyişikliklər edilməsi və yenidən baxılması üçün tələb irəli sürəcək.

 

Trend “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə D.Trampın xarici siyasət üzrə müşaviri Valid Fares deyib. Onun sözlərinə görə, yeni prezident sənədi müzakirə üçün Konqresə göndərəcək və İran tərəfindən sazişin bəzi bəndlərində dəyişikliklər edilməsini tələb edəcək.

 

Qeyd edək ki, D.Tramp seçki kampaniyası çərçivəsində dəfələrlə İranla bağlanmış nüvə sazişini tənqid edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN