"The Asahi Shimbun" qəzeti: Şimali Koreya yeni qitələrarası raket istehsal edib

GünAz TV: Şimali Koreyada sentyabrın sonlarında qitələrarası ballistik raketin yeni modelinin hazırlanması prosesi başa çatıb.

 

Bu barədə Yaponiyanın "The Asahi Shimbun" qəzeti Amerika Birləşmiş Ştatları (ABŞ)  və Cənubi Koreya mənbələrinə istinadən yazıb.

 

Nəşrin yazdığına görə, kosmik kəşfiyyat ötən ayın sonunda Pxenyandakı hərbi zavoddan xüsusi qatarın yola düşdüyünü qeydə alıb. Məlumata əsasən, onda əvvəllər müxtəlif növ hərbi raketlər yığılıb. Qatarın zavoddan qitələrarası ikihissəli "Hvanson-14"a bənzəyən, amma daha böyük və daha uzun olan yeni raketi çıxardığı ehtimal olunur.

 

Ekspertlər bunun "Hvanson-14"ün şərti olaraq "Hvanson-13" adı verilən modernləşdirilmiş üçhissəli variantı olduğunu hesab edirlər. Raketin daha dəqiq xüsusiyyətləri hələ müəyyənləşdirilməyib. "Report"

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN