1 May Beynəlxalq Zəhmətkeşlər Günü münasibətilə Tehranda keçirilən dinc etirazlarda ən azı 37 nəfər həbs edilib – 2 VİDEO

1 May Beynəlxalq Zəhmətkeşlər Günü münasibətilə Tehranda keçirilən dinc etirazlarda ən azı 37 nəfər həbs edilib – 2 VİDEO

GünazTV: 1 May Beynəlxalq Zəhmətkeşlər Günü münasibətilə İran parlamentinin qarşısında keçirilən etirazlarda ən azı 37 nəfər həbs edilib.

 

Mayın 1-i sübh saatlarında yüzlərlə insanın iştirakı ilə keçirilən dinc etirazlara fəhlələr və onların nümayəndələri, təqaüdçülər, tələbələr və digər vətəndaşlar qatılıb. Etirazlarda Tehranın Avtobus-Nəqliyyat Şirkəti Sendikasının üzvləri də qatılıb.

 

Etirazçılar, fəhlə fəallarının həbsinə son qoyulmasını, bahalıqdan əziyyət çəkən ölkənin əhalisinin zəhmətkeş kəsiminin aylıq maaşlarının artırılmasını, işsizliyin aradan qaldırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını və digər tələblər irəli sürüblər.

 

Əllərində yazılı plakatlar qaldıraraq, “Hökumət xəyanət edir, parlament isə ona dəstək verir”, “Fəhlə, müəllim, tələbə, ittifaq-ittifaq”, “İnflyasiya, bahalıq, milləti boğaza yığıb”, “Bu qədər korrupsioner sərbəst gəzdiyi halda, fəhlənin payına zindan düşür”, "Ölkədə baş verən böyük oğurluqlar, ümumi fəlakətə səbəb olub" və “Ey millət bizə qoşulun, bizim dərdimiz sizin dərdinizdir” şüarları səsləndirən etirazçılar hökumət qüvvələrinin zorakılığına məruz qalıb. Polis qüvvələrinin hücumunda ən azı 37 nəfər tutularaq naməlum istiqamətə aparılıb.

 

Tutulanlar arasında fəhlə təşkilatlarının tanınmış nümayəndələrindən olan Rza Şəhabi, Həsən Səidi, Vəhid Fereyduni, Məhəmmədəli Əslaqi, Rəsul Talib Müqəddəm, Əsədullah Süleymani, Nasir Məhərrəmzadə, Fərəhnaz Şiri, İlham Salehi, Fərhad Şeyxi, eləcə də jurnalist Keyvan Səmimi və adı bilinməyən bir siyasi fəal da var. Polis rəsmiləri mediaya açıqlamalarında ölkə parlamenti qarşısında keçirilən etirazları qanunsuz adlandırıblar. Həbs edilənlərin hazırda harada saxlandığı bilinmir.

 

 

 

VİDEOLAR:

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN