23 deputat Cavad Zərifdən məhkəmə sisteminə şikayət edib- Süleymani ilə bağlı dediklərinə görə

23 deputat Cavad Zərifdən məhkəmə sisteminə şikayət edib- Süleymani ilə bağlı dediklərinə görə

GünAz TV: İran Parlamentinin Kirmandan seçilmiş deputatı Məhəmmədrza Puribrahimi 23 millət vəkilinin Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifdən məhkəmə sisteminə şikayət etdiyini deyib.

 

O, buna səbəb kimi Zərifin bir neçə gün öncə Almaniyanın “Şpigel” dərgisi ilə müsahibəsi zamanı Qasım Süleymaninin öldürülməsinə rəğmən, hələ də Amerika ilə müzakirə qapısının bağlanmadığını deməsini əsas göstərib.

 

Məhəmmədrza Puribrahimi Zərifin fikirlərini “milli mənafeyin pozulması”, ABŞ prezidenti Donald Trampın isə bu təklifə cavabını “İran xalqının təhqir edilməsi” kimi xarakterizə edib. Onun sözlərinə görə, deputatlar Zərifin Milli Məclis qarşısına çıxarılaraq sorğu-sual edilməsi üçün məhkəmə sisteminə şikayət ərizəsi ilə müraciət ediblər.

 

“Kirman əhalisi hələ ki, Süleymaniyə görə matəm saxlayırlar. Belə şəraitdə Zərif milli təhlükəsizliyə zidd olaraq Amerika ilə müzakirə aparmağa can atmamalıdır”,- deyə Məhəmmədrza Puribrahimi iddia edib.

 

Qeyd etmək lazımdır ki, Zərifin yuxarıda qeyd edilmiş müsahibə zamanı dedikləri son günlər ərzində İran siyasətçiləri arasında qalmaqala səbəb olub. Xüsusilə də, mühafizəkarlar onu “qərbpərəstlik” və “dini liderin Amerika ilə müzakirə məsələsində mövqeyinə məhəl qoymamaq”da ittiham edirlər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN