“2500 illik İran tarixi”nin təzahürü: Kərbəlaya gedən zəvvarların maşınları qarət edilib- VİDEO

“2500 illik İran tarixi”nin təzahürü: Kərbəlaya gedən zəvvarların maşınları qarət edilib- VİDEO

GünAz TV: Baxmayaraq ki, paniranistlər 2500 illik tarixləri olduğunu iddia edirlər, iranlılar Kərbəlaya gedən zəvvarlara belə rəhm etməyiblər.

 

Həmin iddia edilən tarixin nümayəndələri olan iranlılar İran- İraq sərhəddində Kərbəlaya ziyarətə gedən zəvvarların park edilmiş maşınlarını talayıblar.

 

Belə ki, Kərbəlaya yola düşən zəvvarlar maşınlarını 300 min riyal ilkin, gündəlik isə 50 min riyal ödəməklə, sərhəddə park edib, yollarına davam etməyə məcburdurlar.

 

Lakin onların çoxu ziyarətdən qayıdandan sonra ya maşınlarının, ya da onların müxtəlif ehtiyat hissələrinin oğurlandığını görüblər.

 

 

20 minə yaxın avtomobilin saxlandığı parkinqdə maşınların bəzilərinin özləri, digərlərinin isə təkərləri oğurlanıb. Eləcə də, oğrular çoxlu sayda maşının şüşəsini qırıb, salonda olan qiymətli əşyaları qərat ediblər.

 

Kərbəla ziyarətindən piyada qayıdan insanlar gördükləri bu mənzərə qarşısında şoka düşüblər.

 

Baxmayaraq ki, paniranistlər saxta İran ölkələrinin 2500 illik mədəniyyətə sahib olduğunu iddia edirlər, bu ölkə oğru yetişdirən məmləkətə çevrilib.

 

Bu oğurluq rəsmilərdən tutmuş əhalinin müxtəlif təbəqələri arasında geniş yayılmış ənənəyə çevrilib.

 

Bununla belə, istər ölkə daxilində, istərsə də xaricdə şahçılar kimi müxtəlif korrupsioner və qatil qruplar hələ də “Ariyayi, Parsi və İran humanitar mədəniyyət”indən ağız dolusu danışırlar. Halbuki, iddia edilən mədəniyyətin daşıyıcıları oğurluq və korrupsiya kimi müxtəlif çirkli əməllərə görə dünyada ad qazanıblar.

 

Bu günlərdə əksəriyyəti “bəsiclər” olan dindar kəsim, eləcə də Rabitə naziri Məhəmməd Cavad Azəri Cəhromi və hökumətə yaxın aktrisa Əfsanə Bayqan kimi tanınmışlar Kərbala səfərinə gediblər. Söylədikləri ilə əməlləri üst-üstə düşməyən həmin şəxslər Kərbalaya edilən piyada səfərdən xalqı allatmaq üçün fotolar paylaşırlar və sadə inanclı insanların dini hisslərindən sui-istifadə etməyə çalışırlar.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN