28 May Çikaqoda “Azərbaycan Milli Günü” elan edilib

2018-04-17 14:39

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) ən böyük şəhərlərindən olan Çikaqo şəhərinin meri Rahm Emanuel Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar olaraq rəsmi bəyanat verib.

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatda 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur.

 

Sənəddə bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq qadınların seçki hüququnun verilməsini təmin edib.

 

Eyni zamanda sənəddə Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanıb.

 

Qeyd edilib ki, Azərbaycan son 25 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirib və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.  Bəyanatda, bu il, 28 may tarixində Çikaqoda və dünyanın digər yerlərində yaşayan Azərbaycanlılar tərəfindən Milli Gün olaraq Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyinin qeyd ediləcəyi və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrinin xatırlanacağı qeyd edilib.

 

Sonda şəhərin meri Rahm Emanuel imzaladığı bəyanatda 2018-ci il 28 may tarixini Çikaqoda Azərbaycan Milli Günü elan edib və bütün Çikaqo sakinlərini Azərbaycan xalqının çoxsaylı töhfələrini qeyd etməyə çağırıb. APA

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.18.2020: “Amerika Birləşmiş Ştatları İranla bağlı siyasətinin yeni mərhələsindədir!”

2020-09-18

gun az article

Kirman əyalətində koronavirusdan ölənlərin sayı 800 nəfəri ötüb

2020-09-18

gun az article

Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu keçib

2020-09-18

gun az article

İran Televiziyasında etiraf: "Əhalinin 70 faizi məcburi hicaba qarşıdır"

2020-09-18

gun az article

Amerika "ETTELAAT"la əlaqəli 45 İran vətəndaşı və 3 şirkətə sanksiya tətbiq edib

2020-09-18

gun az article

İranda daha 144 nəfər koronavirusdan ölüb, 3049 nəfər “Covid-19”a yoluxub

2020-09-18

gun az article

Əlbürz əyalətində daha 10 ölüm faktı ilə koronavirusdan vəfat edənlərin sayı 1057 nəfərə çatıb

2020-09-18

gun az article

Hərirçi: "Bütün ölkə qırmızı vəziyyətdədir"

2020-09-18

gun az article

İranın Hormozqan əyalətində koronavirusa yoluxanların sayı 748 nəfərə çatıb

2020-09-18

gun az article

GünazTV Sep.17.2020: ABŞ-da Zərif-in qatılacağı virtual konfransa qarşı tənqidlər

2020-09-17

gun az article

GünazTV Sep.17.2020: “Amerika Prezidentindən vaksinlə bağlı vacib açıqlama.Peyvənd qapıdadır”

2020-09-17

gun az article

ÜST Avropada koronavirusla bağlı vəziyyətin ağırlaşdığını bildirib

2020-09-17

gun az article

Qum əyalətində daha 7 nəfər koronavirusdan vəfat edib

2020-09-17

gun az article

Cənubi Xorasan əyalətində 4 bal gücündə zəlzələ baş verib

2020-09-17

gun az article

BMT-nin məruzəsi: postpandemiya dövründə ölkələrin bərpası sosial ədalət prinsiplərinə əsaslanmalıdır

2020-09-17

gun az article

Azərbaycan-İran sərhədində atışma olub, ölən var

2020-09-17

gun az article

İranda daha 176 nəfər koronavirusdan ölüb, 2815 nəfər “Covid-19” infeksiyasına yoluxub

2020-09-17

gun az article

Rəzəvi Xorasan əyalətində iki avtomobilin toqquşması nəticəsində 8 nəfər ölüb

2020-09-17

gun az article

İsrail mediası: "Nətənz partlayışı İrana xəbərdarlıq etmək üçün fiziki təxribat idi"

2020-09-17

gun az article

Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 1047 nəfərə çatıb

2020-09-17