Abbas Əraqçi: “Amerikanın hər bir ssenarisinin qarşısında dayanmağa hazırlığımız var”

Abbas Əraqçi: “Amerikanın hər bir ssenarisinin qarşısında dayanmağa hazırlığımız var”

GünAzTV: İran xarici işlər nazirinin müavini Abbas Əraqçi noyabrın 1-də ölkə parlamentində çıxış edərək nüvə Qərblə Tehran arasında imzalanmış sazişindən və Amerikanın bu məsələ ilə bağlı mövqeyindən danışıb.

 

Amerikanı nüvə sazişinin icrası ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməməkdə və həmin sazişin şərtlərini pozmaqda günahlandıran Abbas Əraqçi deyib ki, dünya birliyi İranın bu razılaşmaya sadiq qalmasının şahididir: “Bütün dünya etiraf edir ki, İran sazişin şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəliklərə sadiq qalıb və Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri də indiyə qədər 8 dəfə bu məsələni təsdiq edib. Bu gün, Amerikanın nüvə razılaşmasına (“Bərcam”) qarşı irəli sürdüyü siyaəti bütün ölkələr pisləyir və onu bu mövqeyinə görə tənqid edir. Bu isə İran üçün bir uğurdur.

 

Təəssüflər olsun ki, Amerikanın ölkəmizə qarşı düşmənçiliyi davam edir. Biz isə Vaşinqtonun bütün haqsızlıqları qarşısında dayanır, onun BMT tərəfindən təsdiq edilmiş bu beynəlxalq sazişə xələl gətirməsinə imkan verməyəcəyik. Daha doğrusu, biz, 5+1 qrupuna üzv ölkələrin yardımı ilə buna icazə verməyəcəyik. Bildiririk ki, bizim Amerikanın nüvə sazişi ilə bağlı irəli sürəcək hər hansı bir ssenarisinin qarşısında dayanmağa tam hazırlığımız var”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN