Abbas Əraqçi: “İran, qarşıdan gələn həftələrdə nüvə sazişində qalıb-qalmamaq barədə qərarını verəcək”

Abbas Əraqçi: “İran, qarşıdan gələn həftələrdə nüvə sazişində qalıb-qalmamaq barədə qərarını verəcək”

 GünAzTV: İran xarici işlər nazirinin müavini, Qərblə nüvə danışıqları aparan nümayəndə heyətinin üzvü Abbas Əraqçi, mayın 25-də Vyanada razılaşma ilə bağlı keçirilən ortaq komissiyanın iclasından sonra jurnalistlərə açıqlamasında rəsmi Tehranın sazişlə bağlı mövqeyini açıqlayıb.

 

Əraqçi bildirib ki, Avropa ölkələri ilə aparılan danışıqlarda, sazişin qorunub saxlanılması istiqamətində müəyyən irəliləyişlər olub: “Nüvə sazişi (“Bərcam”) ilə bağlı ortaq komissiyanın növbədənkənar iclası İranın xahişi ilə keçirilib. Məqsəd isə, Amerikanın bu sazişdən kənara çəkilməsinin sonrakı fəsadlarını, Amerikasız bu razılaşmanın qorunub saxlanılmasının mümkün olub-olmamasını, eləcə də İranın bu sazişdə mənafeyinin təmin olunub-olunmayacağı məsələsini müzakirə etməkdir.

 

Bildirirəm ki, İran, qarşıdan gələn həftələrdə, Avropa ölkələri ilə məsələnin texniki tərəflərini müzakirə etdikdən sonra, nüvə sazişində (“Bərcamda”) qalıb-qalmamaq haqda qərarını verəcək”.

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN