Abbas Əraqçi: “Ümid edirik ki, Şinzo Abenin Tehrana səfəri regionda çaxnaşmanın azaldılmasına səbəb olacaq”

Abbas Əraqçi: “Ümid edirik ki, Şinzo Abenin Tehrana səfəri regionda çaxnaşmanın azaldılmasına səbəb olacaq”

GünazTV: İran xarici işlər nazirinin müavini Abbas Əraqçi iyunun 4-də Yaponiyanın NHK telekanalına müsahibəsində bu ölkənin baş naziri Şinzo Abenin İrana gözlənilən səfərinin müsbət nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.

 

Əraqçi deyib ki, Yaponiyanın baş naziri Şinzo Abenin Tehranla Vaşinqton arasında vasitəçilik məqsədilə İrana üçgünlük səfəri iyunun 12-də gerçəkləşdiriləcək: “Ümid edirik ki, Şinzo Abenin Tehrana səfəri regionda mövcud çaxnaşmanın azaldılmasına səbəb olacaq. Çox ehtimal ki, Yaponiya hazırkı şəraitlə bağlı vəziyyəti amerikalılara başa sala biləcək. Yaponiyanın baş naziri Tehrana səfərində İranın dini lideri ilə, eləcə də ölkənin digər yüksək rütbəli rəsmiləri ilə görüşüb danışıqlar aparacaq” –deyə Abbas Əraqçi vurğulayıb.

 

Xatırladaq ki, rəsmi Tehran,  bundan əvvəl üçüncü bir ölkənin İranla Amerika arasında vasitəçilik etməsinə razılıq verməmişdi.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın ötən həftə Tokioya səfərindən sonra, Yaponiya baş naziri Şinzo Abenin İranla Amerika arasında vasitəçilik etmək məqsədi ilə Tehrana səfərinin planlaşdırıldığı barədə məlumatlar yayılmışdı.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN