Abbas Musəvi: “Avropanın hazırda bizim nüvə qərarlarımız barədə fikir söyləmək haqqı yoxdur”

Abbas Musəvi: “Avropanın hazırda bizim nüvə qərarlarımız barədə fikir söyləmək haqqı yoxdur”

GünAz TV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi Avropa ölkələrinin rəsmi Tehranın uranın zənginləşdirilməsi ilə bağlı qərarına verdikləri reaksiyaya münasibət bildirib.

 

Musəvi “avropalıların hazırda İranın nüvə qərarları barədə fikir söyləmək haqqı olmadığını” deyib.

 

Dünən İran bəyanat yayaraq, nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəlikləri azaltmaq istiqamətində “2-ci addım”ı başladığını bəyan edib. Rəsmilər bildirirlər ki, artıq İran uranın zənginləşdirilməsi həddi ilə bağlı heç bir məhdudiyyətə riayət etməyəcək.

 

Musəvi Həsən Ruhaninin öz fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı yeni razılaşma əldə etmək üçün müzakirələrə başlamaq barədə razılığa gəldiyilə bağlı yayılmış xəbərlərə də münasibət bildirib. Diplomat deyib ki, nüvə razılaşması ilkin olaraq 5+1, daha sonra 4+1 formatında davam etməkdədir, buna görə də, yeni nüvə razılaşması barədə danışıqlar aparmaq müzakirə mövzusu deyil.

 

O, sonda Amerikanın Hərtərəfli Birgə Fəaliyyət Planından çıxmasını tənqid edib və digər ölkələri razılaşmanı qorumaq üçün addımlar atmağa çağırıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN