ABŞ-ın maliyyə naziri: “İrana qarşı qeyri-nüvə sanksiyalar gücləndiriləcək”

ABŞ-ın maliyyə naziri: “İrana qarşı qeyri-nüvə sanksiyalar gücləndiriləcək”

GünAzTV: ABŞ-ın maliyyə naziri Stiven Mnuçin aprelin 18-də jurnalistlərə açıqlamasında İrana və Şimali Koreyaya qarşı sanksiyaların gücləndirilməsinin vacibliyindən danışıb.

 

Stiven Mnuçin bildirib ki, İrana və Şimali Koreya qarşı sanksiyaların artırılması böyük əhəmmiyyətə malikdir: “İrana qarşı qeyri-nüvə sanksiyalar gücləndiriləcək. Bu sanksiyaların tətbiq edilməsi mənim üzərimə düşən vəzifənin bir hissəsidir. Biz, ötən həftə, ölkədə insan hüquqlarını kobud şəkildə pozulmasında rolu olan İranın bir sıra rəsmilərinə və qurumlarına sanksiya qoymuşuq. Bildirirəm ki, Tehrana qarş qeyri-nüvə sanksiyaların sayı artırılacaq və biz İranın bütün hərəkətlərini tam diqqət mərkəzində saxlayacağıq”.

 

Qeyd edək ki, Amerikanın Maliyyə Nazirliyi aprelin 13-də Tehran əyalətinin Zindanlar Təşkilatına və həmin idarənin keçmiş rəisi Söhrab Süleymaniyə qarşı sanksiya qoyub. Söhrab Süleymani, “Sepah”ın “Qüds” qanadının komandanı Qasım Süleymaninin qardaşıdır.

 

Ağ Evin sözçüsü Şon Spayser aprelin 13-də jurnalistlərə bildirib ki, Tehranın Zindanlar Təşkilatı və onun keçmiş rəisi Söhrab Süleymani, ölkədə insan hüquqlarını kobud şəkildə pozduqlarına və siyasi məhbuslara qarşı repressiyalarda fəal rol oynadıqlarına görə ABŞ Maliyyə Nazirliyinin sanksiyalarına məruz qoyulublar: “2014-cü ilin aprel ayında İran təlükəsizlik qüvvələri, Evin zindanının məsulları ilə birlikdə həbsxananın 350-ci korpusunda saxlanılan siyasi məhbuslara hücum ediblər: “Hücum nəticəsində 30-dan çox siyasi məhbus vəhşicəsinə döyülərək yaralanıb, onlarla məhbus təkadamlıq kameralara köçürülüb. Bu isə insan hüquqlarının kobud şəkildə pozulmasıdır”.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN