ABŞ-ın Ticarət Nazirliyi İran və Suriya ilə əlaqədə olan 22 şirkət və şəxsi özünün qara siyahısına salıb

ABŞ-ın Ticarət Nazirliyi İran və Suriya ilə əlaqədə olan 22 şirkət və şəxsi özünün qara siyahısına salıb

GünazTV: Amerikanın Ticarət Nazirliyi noyabrın 13-də bəyanat yayaraq, İran və Suriya ilə əlaqədə olan,  22 şirkət və şəxsi özünün qara siyahısına saldığını bildirib.

 

Bəyanatda bildirilir ki, nazirliyin qara siyahısına salınan bu şirkətlər və şəxslər Suriyada kütləvi qırğın silahlarının istehsalında istifadə olunan materialları təmin etməkdə və İrana lisenziyasız Amerika mallarını göndərməkdə günahlandırılırlar.

 

Bu şirkətlər və şəxslərin qara siyahıya salınması isə o deməkdir ki, onlar artıq Amerika Birləşmiş Ştatlarının razılığı və təsdiqi olmadan Amerika şirkətlərindən ehtiyat hissələri və digər əmtəələr ala bilməyəcəklər.

 

“Röyters” agentliyinin yaydığı xəbərə əsasən, adları qara siyahıya salınan həmin şirkətlərin mərkəzi ofisləri İran, Bəhreyn, Fransa, İordaniya, Livan, Oman, Pakistan, Səudiyyə Ərəbistanı, Seneqal, Suriya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniyada yerləşir.

 

ABŞ-ın Ticarət Nazirliyinin bildirdiyinə görə, “Əl-Rəs Gate” ticarət şirkəti, “Bestway Line FZCO” və altı digər qurum qanunsuz olaraq Amerika istehsalı olan malları İrana göndərdiklərinə görə qara siyahıya salınıblar.

 

Həmçinin İranın nüvə proqramının inkişafına yardım göstərən daha bir neçə mühəndislik və ticarət şirkəti qanunsuz fəaliyyətlərinə görə adları qara siyahıya daxil edilib.

 

 

ABŞ-ın ticarət naziri Vilber Ras

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN