ABŞ İranın ballistik raket proqramı ilə əməkdalıq edən 5 şirkətə sanksiya qoyub

ABŞ İranın ballistik raket proqramı ilə əməkdalıq edən 5 şirkətə sanksiya qoyub

GünAzTV: ABŞ Maliyyə Nazirliyi yanvarın 4-də bəyanat yayaraq İranın ballistik raket proqramı ilə əməkdaşlıq edən 5 şirkətə sanksiya qoyduğunu açıqlayıb.

 

ABŞ maliyyə naziri Stiven Mnuçin jurnalistlərə açıqlamasında bildirib ki, İran hökuməti, ölkə əhalisinin iqtisadi problemlərini həll etmək əvəzinə, beynəlxalq terrorizmə dəstək verir, radikal xarici qruplaşmalara yardım edir: “Bu gün, İran milləti yoxsulluqdan əziyyət çəkdiyi bir vaxtda, Tehran rejimi, ölkənin ballistik raket proqramının genişləndirilməsini öz vətəndaşlarının refah səviyyəsini qaldırmaqdan üstün tutur. Belə ki, həm İran hökuməti, həm də “Sepah”, xarici hərbi qruplaşmalara yardım edir, onları maddi baxımdan təmin edirlər. Bu isə təəssüfləndiricidir”.

 

Mnuçin bildirib ki, İranın raket proqramının inkişafına yardım etdiklərinə görə ABŞ hökumətinin sanksiyalarına məruz qoyulan şirkətlər, “Şəhid Xərrazi Sənayesi”, “Şəhid Sənixani Sənayesi”, “Şəhid Müqəddəm Sənayesi”, “Şəhid Şuştəri Sənayesi” şirkətləri, eləcə də “Şəhid İslami Araşdırmalar Mərkəzi” şirkətidir. Nazir, qeyd edib ki, həmin şirkətlərin xaricdəki bank hesabları dondurulacaq, onlara məxsus əmlaka həbs qoyulacaq və Amerika vətəndaşlarının bu şirkətlərlə hər hansı bir sövdələşməsinə və ya ticarət əlaqəsinə girməsinə qadağa qoyulacaq.

 

Mnuçin həmçinin bildirib ki, ölkə daxilində insan hüquqlarını kobud şəkildə pozduğuna görə, tezlikcə İrana qarşı yeni və daha sərt sanksiyalar tətbiq ediləcək.

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN