ABŞ prezidenti İrana qarşı “milli fövqəladə vəziyyət” müddətinin vaxtını daha 1 il uzadıb

 ABŞ prezidenti İrana qarşı “milli fövqəladə vəziyyət” müddətinin vaxtını daha 1 il uzadıb

GünazTV: ABŞ prezidenti Donald Tramp martın 12-də İrana qarşı “milli fövqəladə vəziyyət” rejiminin müddətini daha bir il uzadıb. Bu barədə Ağ Ev bəyanat yayıb.

 

Ağ Evin yaydığı bəyanata əsasən, Tramp bildirib ki, İran rejiminin bölgədə və dünyada yürütdüyü siyasəti və onun rəftarı, Amerika iqtisadiyyatına, onun siyasətinə və milli təhlükəsizliyinə qarşı bir təhdiddir: “İranın məhz bu təhdidini nəzərə alaraq, mən İrana qarşı tətbiq edilmiş “milli fövqəladə vəziyyət” vaxtının daha 1 il müddətinə uzadılmasını zəruri sayıram. Hesab edirəm ki, İrana qarşı tətbiq edilən mükəmməl və hərtərəfli sanksiyalar davam etdirilməlidir” – deyə Tramp əlavə edib.

 

Xatırladaq ki, İrana qarşı “milli fövqəladə vəziyyət” rejimini ABŞ-ın keçmiş prezidenti Ceyms Karter 1979-cu il, noyabrın 14-də, Amerikanın Tehrandakı səfirliyinin işğal olunmasından və amerikalı diplomatların ekstremist “Hizbullah”çı tələbələr tərəfindən girov götürülməsindən 10 gün sonra tətbiq edib. Həmin tarixdən başlayaraq, ABŞ prezidentləri hər il  fövqəladə vəziyyət rejiminin  müddətini uzadır və İrana qarşı tətbiq edilən sanksiyaları qüvvədə saxlayır.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN