ABŞ rəsmisi: “İran nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəliklərin hamısına əməl etməyib”

ABŞ rəsmisi: “İran nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəliklərin hamısına əməl etməyib”

GünAzTV: ABŞ-ın Beynəlxalq Silahsızlanma üzrə Konfransında daimi nümayəndəsi, səfir Robert Vud (Robert Wood) sentyabrın 15-də Cenevrədə jurnalistlərə açıqlamasında İranı nüvə sazişinin icrası ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmaqda günahlandırıb.

 

ABŞ prezidenti Donald Trampın və onun hökumətinin məsələ ilə bağlı mövqeyini açıqlayan  Vud bildirib ki, İran nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəliklərin hamısına əməl etməyib: “Əgər İranın ballistik raket sahəsində apardığı fəaliyyətini nəzərə alsaq və əgər İranın Suriyada Bəşər Əsəd rejiminə dəstəyini və onun Livan “Hizbullahı”na, eləcə də fələstinli “Həmas” qruplaşmasına və Yəməndəki “Husi” üsyançılarına yardım və dəstəyini nəzərə alsaq, onda demək olar ki, bu ölkə 2015-ci ildə imzalanmış nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiq qalmayıb.

 

Nüvə sazişini (Bərcamı) imzalayanların bu müqaviləni bağlamaqda məqsədi odur ki, bu saziş, dünyada və regionda müsbət şəkildə sülh və sabitliyin bərqərar olunmasına yardım etsin. Lakin İranın ballistik raketlərini inkişaf etdirməsi və bu sazişə sadiq qalmaması buna mane olur”.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN