ABŞ rəsmisi İranın sanksiyalardan yan keçmək taktikaları barədə Asiya ölkələrinə xəbərdarlıq edib

ABŞ rəsmisi İranın sanksiyalardan yan keçmək taktikaları barədə Asiya ölkələrinə xəbərdarlıq edib

GünazTV: Martın 29-da Sinqapura səfər edən ABŞ maliyyə nazirinin terrorizm və maliyyə məsələləri üzrə müavini Sigal Mandelker jurnalistlərə açıqlamasında İranın sanksiyalardan yan keçmək taktikaları barədə Asiya ölkələrinə xəbərdarlıq edib.

 

O bildirib ki, Sinqapur, Malayziya, Hindistan və digər Asiya ölkələri, müxtəlif yollarla sanksiyalardan yan keçməyə çalışan və bunun üçün cürbəcür taktikalardan istifadə edən İranla əməkdaşlığın sonrakı fəsad və ziyanlarını nəzərə almalı, bu barədə ayıq olmalıdırlar: “Amerika bu həftə İrana qarşı ağır saksiyalar tətbiq edib.

 

Önəmli odur ki, bu ölkələr, neftinin satışına qadağa qoyulan İran rejiminin beynəlxalq birliyi aldatmaq üçün işlətdiyi taktikalarından agah olsunlar və onun qarşısında dayansınlar. Biz qarşıdan gələn günlərdə, Malayziya, Sinqapur və Hindistan rəsmiləri ilə danışıqlarımızda İranla əməkdaşlığın təhlükələri barədə müzakirələr aparacaq, bütün diqqət və gücümüzü bu məsələyə yönləndirəcəyik” – deyə Sigal Mandelker vurğulayıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN