Adil əl Cübeyr: “Artıq əmin olmuşuq ki, Aramco-ya hücumda İranın əli olub”

Adil əl Cübeyr: “Artıq əmin olmuşuq ki, Aramco-ya hücumda İranın əli olub”

GünazTV: Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl Cübeyr oktyabrın 21-də jurnalistlərə açıqlamasında bu ölkənin Aramco neft təsisatlarına qarşı hücumlar barədə aparılan araşdırmaların nəticəsindən və İranın bu hücumlardakı rolundan danışıb.

 

O deyib ki, İran İslam Respublikası beynəlxalq qanunlara və digər ölkələrin milli hakimiyyətinə hörmətlə yanaşmır: “Biz ixtiyarında olan qaneedici sənəd və dəlil-sübutlarla artıq əmin olmuşuq ki, Aramco neft təsisatlarına qarşı hücumlarda İranın birbaşa əli olub. Təəssüflər olsun ki, bizim iki neft təsisatımıza qarşı həyata keçirilən hücumlar, İran rejiminin regionda apardığı ədavətli hədəflərinin göstəricisidir. Mövcud dəlil-sübutlar və nişanələr bizi artıq qane edib ki, neft təsisatlarımza qarşı atılan raketlər İrana məxsusdur. Biz dəfələrlə bildirmişik ki, müharibə tərəfdarı deyilik. Lakin həm də bildiririk ki, bu  kimi hücumlar qarşısında sakit də qalmayacağıq.

 

Rəsmi Tehranın körfəz hövzəsi ətrafındakı ərəb ölkələri ilə müzakirəyə hazır olduğunu bildirməsinə gəlincə, biz heç bir ölkənin bizimlə İran arasında vasitəçilik etməsini istəmirik. Biz, sadəcə olaraq İrandan istəyirik ki, danışmaq əvəzinə əməli addım atsın və region ölkələrinin daxili işlərinə müdaxiləsini dayandırsın” –deyə, Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl Cübeyr bəyan edib.  

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xuraisd neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 

 

Rəsmi Ər-Riyad və Vaşinqton hücumların İran ərazisindən həyata keçirildiyini bildirsələr də, rəsmi Tehran bu ittihamı rədd edərək, hücumların Yəməndəki Husilər tərəfindən gerçəkləşdirildiyini iddia edir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN