Adil əl Cübeyr: “Dünya birliyi İranın azad naviqasiyaya hücumunun qarşısını almalıdır”

Adil əl Cübeyr: “Dünya birliyi İranın azad naviqasiyaya hücumunun qarşısını almalıdır”

GünazTV: Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl Cübeyr, iyulun 21-də “Twitter” səhifəsində yazdığı bir statusda “Sepah”ın Böyük Britaniyaya məxsus “Stena İmpero” tankerini saxlamasına münasibət bildirib.

 

O bildirib ki, İranın körfəzdə beynəlxalq gəmilərin sərbəst hərəkətinə mane olması qəbuledilməzdir: “Bölgədə azad naviqasiyaya qarşı hər hansı bir hücum beynəlxalq qanunlara qarşı zidd bir addımdır. İran bilməlidir ki, onun körfəzdə hərəkət edən gəmiləri, o cümlədən də Böyük Britaniyaya məxsus “Stena İmpero” gəmisini saxlaması qəbul edilməzdir. Hesab edirik ki, dünya birliyi İranın bu kimi əməlləri qarşısında dayanmalı, onun azad naviqasiyaya hücumunun qarşısını almalıdır” –deyə Adil əl Cübeyr əlavə edib.

 

Xatırladaq ki, iyulun 19-da “Sepah”ın körfəzdəki sürət qayıqları Hörmüz Boğazında üzən  Britanıyaya məxsus “Stena İmpero” tankerini saxlayıblar. “Sepah”, Britaniya tankerini beynəlxalq dənizçilik qanunlarını pozduğuna görə saxladığını bəyan etsə də, bəzi mənbələr hesab edir ki, İran bu addımı bir neçə həffət əvvəl neft tankerinin Cəbəllüttariqdə saxlanılmasına cavab olaraq atdığını bildirirlər.

 

 

İyulun 3-də Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri və Cəbəllüttariq rəsmiləri İranın  Suriyaya neft daşıyan “Grace 1” adlı gəmisini saxladıqları barədə məlumat yayıblar.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN