Adil əl Cübeyr: “Dünya İranın regiona müdaxiləsinin qarşısını almaq üçün qətiyyətli tədbir görməlidir”

Adil əl Cübeyr: “Dünya İranın regiona müdaxiləsinin qarşısını almaq üçün qətiyyətli tədbir görməlidir”

GünAzTV: Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr, dekabrın 18-də bu ölkəyə səfər edən ABŞ dövlət katibi Con Kerri ilə birgə mətbuat konfransına qatılaraq Yəməndə yaşanan böhrandan və İranın region ölkələrinin, o cümlədən də Yəmənin daxili işlərinə müdaxiləsindən danışıb.

 

Adil əl Cübeyr deyib ki, Yəmən böhranının aradan qaldırılması üçün əldə ediləcək hər hansı bir saziş, körfəz ölkələrinin birgə təşəbbüsünə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmalıdır: “Səudiyyə Ərəbistanı krallığı dünya birliyindən İranın regiona davamlı müdaxiləsinin qarşısını almaq üçün qətiyyətli tədbir görməsini tələb edir”.

 

Mətbuat konfransında Yəməndəki münaqişə tərəflərini danışıqlar masası arxasına çağıran Amerikanın dövlət katibi Con Kerri isə bildirib ki, Yəmən məsələsində, Vaşinqton Səudiyyə Ərəbistanını dəstəkləyir: “BMT-nin Yəmən böhranı ilə bağlı yol xəritəsi yekun qərar deyil. Bu haqda müzakirə aparmaq olar. Yəmən savaşı isə elə başa çatmalıdır ki, Səudiyyə Ərəbistanının təhlükəsizliyi qorunsun və dəstəklənsin”.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN