Adil əl Cübeyr: “İran dünyada terrorizmin ən böyük himayədarıdır”

Adil əl Cübeyr: “İran dünyada terrorizmin ən böyük himayədarıdır”

GünAzTV: Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cüber fevralın 19-da Almaniyanın Münhen şəhərində keçirilən Təhlükəsizlik Konfransında çıxış edərək Irana qarşı sərt bəyanatlar səsləndirib.

 

Adil əl Cebeyr bildirib ki, hazırda Orta Şərq bölgəsində yaşanan mövcud böhranların əksəriyyəti İrandan qaynaqlanır: “İran dünyada terrorizmin ən böyük himayədarıdır. Bu ölkənin konstitusiyasının bir hissəsi islam inqilabının dünyaya ixracına həsr edilib. Bu ölkənin rəsmiləri vətəndaş hüquqlarına inanmır və dünyanın müxtəlif yerlərində yaşayan şiələrdən öz hökumətlərinə yox, məhz İrana tabe olmalarını istəyir. İranlılar digər ölkələrin daxili işlərinə qarışır, beynəlxalq qanunlara hörmətlə yanaşmırlar. Onlar xarici səfirliklərə hücum çəkir, digər ölkələrdə terrorçu dəstələr yaradaraq onlara dəstək verirlər.

 

Orta Şərqdə bütün hökumətlərin dəyişdirilməsini istəyən İran, bu günə qədər sünni məzhəbli İŞİD və “Əl-Qaidə” kimi terrorçu qrupların hücumuna məruz qalmayıb. Bu isə müxtəlif suallara səbəb olur. Çünki “Əl-Qaidə” rəhbərlərinin bir çoxu, Səudiyyə Ərəbistanı ərazisində terrorçu əməliyyatlar həyata keçirdikdən sonra İrana qaçaraq bu ölkəyə sığınıblar.

 

İran, həmişə qonşuları ilə münasibətdə yeni səhifənin açılmasından danışır. Lakin biz mövcud vəziyyətə göz yuma bilmərik. Axı biz, bizim məhvimizi istəyən bir ölkə ilə necə əlaqə saxlaya bilərik. Elə buna görə də, mövcud durum dəyişməsə, bizim İranla əlaqə qurmağımız çətin məsələdir. Bizim üçün önəm daşıyan məsələ, İran rəsmilərinin danışığı yox, onların rəftarıdır. İran “husi”lərə silah-sursat və ballistik raketlər göndərir. Dünya birliyi məhz bu rəftarına görə İrana qarşı təzyiqi gücləndirməli, onları öz rəftarlarını dəyişməyə vadar etməlidir. İranı başa salmaq lazımdır ki, onun son 25 ildə regionda etdikləri qəbuledilməzdir.

 

Bu gün İran İslam Respublikası bölgədə olan mövcud problemlərin bir hissəsidir. Bu ölkə, Yəmən “husi”lərinə silah-sursat və hərbi müstəşarlar göndərilməsi işini dayandırmalı, Suriyadakı dağıdıcı roluna və əməllərinə son qoymalıdır”.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN