Adil əl Cübeyr: “İran rejimi dünyada beynəlxalq terrorizmin 1-nömrəli himayədarıdır”

2017-07-06 13:31

GünAzTV: Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr iyulun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirlərinin Qahirədə keçirilən birgə konfransına qatılaraq ölkəsinin Qətərlə münasibətlərindən və İranın beynəlxalq terrorizmə dəstəyindən danışıb.

 

Adil Əl Cübeyr bildirib ki, rəsmi Doha regionda yürütdüyü siyasətində dəyişiklik etməyənə qədər, Ər-Riyad Qətərlə əvvəlki münasibətlərini bərpa etməyəcək: “Bizim Qətərə qarşı birgə mövqeyimiz, terrorizmdən çəkdiyimiz əziyyətlərə görədir. Ümid edirik ki, Türkiyə Qətərlə bağlı bitərəf mövqe tutacaq. Lakin İrana gəlincə, məsələ fərq edir. İran rejimi, dünyada beynəlxalq terrorizmin 1-nömrəli himayədarıdır. Bu rejim, terrorizmə dəstək verən istənilən ölkəyə yardım edir və onu dəstəkləyir. Məhz buna görə də hesab edirik ki, İran rejimi ilə əməkdaşlıq edən hər bir ölkə bu addımının mənfi tərəfini görəcək. Çünki belə bir əməkdaşlığın xeyri yoxdur.

 

İran hökuməti sanksiyalara məruz qoyulmuş bir rejimdir. İrana hakim sistem, terrorizmin əsas himayədarıdır. İranın molla rejimi beynəlxalq qanunlardan kənar bir sistem olduğuna görə dünyadan tam təcrid edilib. Elə buna görə də, onun Qətərə yaxınlaşması o qədər də təəccüb doğurmur”.

 

Qeyd edək ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətərlə bütün diplomatik əlaqələrini kəsdiklərini bildiriblər. Onlar, atdıqları bu addımı, Qətərin regionun  təhlükəsizliyinə mənfi təsir edən siyasəti, İrana yaxınlaşması və ona bağlı terorrçu qruplaşmalara maddi yardım göstərməsi və beynəlxalq terrorizmə dəstəyi ilə əlaqələndiriblər. Bunun ardınca bir neçə ölkə, o cümlədən də Liviya, Yəmən Qətərlə diplomatik əlaqələrini kəsdiklərini bəyan ediblər.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.21.2020 : “İran üçün həyəcanlı həftə başladı! Amerika Birləşmiş Ştatlarının bu həftəki addımları Tehran hakimiyyətini qorxuya salıb.”

2020-09-21

gun az article

Bu gün İran və Ermənistanın da iştirakı ilə "Qafqaz-2020" hərbi manverləri başlayır

2020-09-21

gun az article

İranda daha 177 nəfər koronavirusdan vəfat edib

2020-09-21

gun az article

İrandan Ermənistana İsraildə səfirlik açması ilə bağlı "yumşaq" münasibət, Azərbaycana xəbərdarlıq - FOTO

2020-09-21

gun az article

İranın "Xatəmül-Ənbiya Qərargahı" paytaxtın Tehrandan köçürülməsi ilə bağlı Ruhaniyə müraciət edib

2020-09-21

gun az article

Pompeo Avropanın İrana qarşı fəaliyyətsizliyini pisləyib

2020-09-21

gun az article

İranda dolların məzənnəsi yeni rekord həddə yüksəlib: 27 300 tümən

2020-09-20

gun az article

Fars əyalətində daha 12 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 937 nəfərə çatıb

2020-09-20

gun az article

Qum əyalətində daha 204 nəfər xəstəxanalara yerləşdirilib, 10 nəfər koronavirusdan ölüb

2020-09-20

gun az article

Azərbaycanda koronavirus infeksiyasından daha 154 nəfər sağalıb, 146 yoluxma faktı qeydə alınıb

2020-09-20

gun az article

Amerika BMT-nin İrana qarşı bütün sanksiyalarını qaytaran tətik mexanizmini işə salıb

2020-09-20

gun az article

İranda daha 183 nəfər koronavirusdan vəfat edib, 3097 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb

2020-09-20

gun az article

GünazTV Sep.19.2020 :"Aprelə qədər Amerika xalqına vaksin çatacaq"

2020-09-19

gun az article

Altı senator Trampdan İranın bütün maliyyə sektoruna sanksiya tətbiq etməsini istəyib

2020-09-19

gun az article

Ermənilər Tovuzun Ağdam kəndini yenidən atəşə tutublar

2020-09-19

gun az article

İranda koronavirusdan vəfat edənlərin sayı 24 min nəfəri keçib

2020-09-19

gun az article

Nəsrin Sütudə həbsxanadan xəstəxanaya köçürülüb

2020-09-19

gun az article

İran- İraq sərhədində Kərbəlaya getmək istəyənlərlə hərbçilər arasında toqquşma olub

2020-09-19

gun az article

Koronavirusa rəğmən, Tehran əyalətində cümə namazı qılınıb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: “Amerika Birləşmiş Ştatları İranla bağlı siyasətinin yeni mərhələsindədir!”

2020-09-18