Adil əl Cübeyr: “İranın bölgəyə müdaxiləsi barədə Reks Tillersonla danışıqlar aparmışıq”

Adil əl Cübeyr: “İranın bölgəyə müdaxiləsi barədə Reks Tillersonla danışıqlar aparmışıq”

GünAzTV: Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr iyulun 8-də “Əl-Ərəbiyyə” telekanalına açıqlamasında Almaniyanın Hamburg şəhərində “Böyük iyirmiliyin” sammitində (G 20) İranın terrorizmə dəstəyi haqda ABŞ rəsmiləri ilə apardığı müzakirələrdən danışıb.

 

G20 iclasına qatılan dövlət başçılarının beynəlxalq terrorizmə qarşı mübarizə aparılması ilə bağlı yaydığı 21 maddədən ibarət birgə bəyanatına toxunan Adil əl Cübeyr bildirib ki, o, ABŞ dövlət katibi Reks Tillersonla görüşündə İranın region ölkələrinin daxili işlərinə qarışması haqda onunla fikir mübadiləsi aparıb: “Bu görüş çox faydalı oldu. Biz Tillersonla təkbətək görüşümüzdə Qətər böhranı ilə yanaşı həm də İranın bölgəyə açıq-aşkar müdaxiləsi və onun terrorçu qruplara yardımı, eləcə də bir sıra regional məsələlər və qarşılıqlı münasibətlərimiz barədə danışıqlar aparmışıq”.

 

Adil əl Cübeyr görüşdə amerikalı həmkarı ilə İranla bağlı aparılan müzakirələrin detallarını mediaya açıqlamayıb.

 

 

Qeyd edək ki, iyulun 7-də Almaniyanın Hamburq şəhərində  G20 sammiti Almaniya kansleri Angela Merkelin çıxışı ilə start götürüb. SammitəG20-yə üzv dövlətlərin başçıları və onların nümayəndə heyətləri qatılıb. İki gün sürən iclasda bir sıra beynəlxalq və mühüm siyasi-ictimai məsələlər barədə müzakirələr aparılıb. Sammit çərçivəsində reallaşan mühüm görüşlərdən biri isə Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında bağlı qapılar arxasında baş tutan və iki saatdan çox davam edən görüş olub.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN