Adil əl Cübeyr: “İranın bölgəyə müdaxiləsi, regionda dini sektaçılıq fitnəsini alovlandırır”

Adil əl Cübeyr: “İranın bölgəyə müdaxiləsi, regionda dini sektaçılıq fitnəsini alovlandırır”

GünAzTV: Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr, yanvarın 21-də Ciddədə keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin xarici işlər nazirlərinin toplantısında, jurnalistlərə açıqlamasında İranın regionda dini radikalizmi qızışdırmasından və bölgədə yürütdüyü dağıdıcı siyasətindən danışıb.

 

Öz açıqlamasında Yəməndə baş verən olaylara toxunan Adil əl Cübeyr bildirib ki, rəsmi Tehran, husi-şiə yaraqlılarına dəstək verib onları silahlandırmaqla, region ölkələrinə, o cümlədən də Səudiyyə Ərəbistanına qarşı düşmənçiliyə rəvac verir: “Təəssüflər olsun ki, İran rejiminin bölgəyə müdaxiləsi, regionda dini sektaçılıq fitnəsini alovlandırır. Bu gün, yaraqlı husilər, İranın Yəməndəki planını həyata keçirirlər. Bu isə qəbuledilməzdir.

 

İslam Əməkdaşlıq Təşkilatı, İranın regionda yürütdüyü bu təxribatçı siyasətini pisləyərək hesab edir ki, rəsmi Tehran, Yəməndə yaraqlı husiləri silah və raketlə təmin etməsinə son qoymalı, bu siyasətini dayandırmalıdır”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN